Yanvarın 27-də Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkəti ləğv edilir.
Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.
Şöbə rəisi qeyd edib ki, buna səbəb Sumqayıt sərnişin stansiyasında aparılan təmir-bərpa işləridir.