Bu uşaq iki aydır küçələrdə yaşayır - VİDEO

1545

Özünün dediyinə görə, Vahid iki aydan çoxdur ki, Bakının 9-cu mikrorayon ərazisində çöldə yaşayır.

Onun sözlərinə görə, valideynləri Qazax rayonunda yaşayır, bir neçə ay əvvəl atası tərəfindən döyülərək Bakıya göndərilib. Səbəb isə Vahidin az pul dilənməsi olub.

Vahid bir neçə dəfə uşaq evində olduğunu deyib. Ona gün ərzində yemək, isti paltar və pul verənlər isə yaxınlıqda işləyən dönərxanalarda çalışanlar və taksi sürücüləridir.

İnanırıq ki, müvafiq qurumlar məsələni nəzarətə götürəcək və Vahidi uşaq evinə təhvil verəcəklər.

Baku TV əməkdaşlarının hazırladığı reportajı təqdim edirik:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər