Bu il Azərbaycanda yay quraqlıq keçəcək, havanın temperaturu isə 45 dərəcəni keçə bilər.
Bu barədə ekoloq, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov məlumat verib.
Bildirib ki, havanın quraqlıq keçməsi qorxuludur:
Telman Zeynalov qeyd edib ki, Azərbaycanda yayda havanın temperaturu 45 dərəcəni keçə bilər:
“Bu proqnoz avqust və sentyabr ayı ərzində olacaq”.
Ekoloq 2030-cu il Azərbaycanda su qıtlığının olması barədə yayılan xəbərlərə də aydınlıq gətirib.
Qeyd edib ki, bu informasiya yanlışdır:
“Bəzi “alimlərimiz” BMT-nin verdiyi məlumata görə bu cür açıqlama verirlər. Bu, düzgün deyil. BMT-nin məramı sülhü qorumaqdır, iqlimə proqnoz vermək onların işi deyil. Azərbaycan ərazisində irili-xırdalı 8347 axar sudan ibarət çay sistemi var. Onları səmərəli istifadə etmək lazımdır. Bir sözü deyən zaman əsas olmalıdır”.