“Budcədənkənar budcələr”

1722

“Gomruk sisteminin budcədənkənar inkişaf fondu” nədir?

Son gunlər dunyada baş verən bir sıra geopolitik proseslərin də təsiri ilə Azərbaycanda, “məmur-vətəndaş” munasibətlərini normallaşdırmaq, dovlət idarəciliyini bir qədər səmərəliləşdirmək və korrupsiya ilə mubarizə cərcivəsində bir sıra yeni huquqi sənədlər qəbul edilib, əsasən aşağı və orta ranqlı məmurlardan bəziləri vəzifəsindən kənarlaşdırılıb. Sadə əhalinin daha cox narazı olduğu məqamlardan birinin gomrukdəki ciddi ruşvət faktları olduğunu nəzərə alaraq bu sahə də cari dəyişikliklərdən kənarda qalmayıb.

Bu cərcivədə olkə Prezidenti 25 fevral 2011-ci ildə “Azərbaycan Respublikasının Dovlət Gomruk Komitəsi əməkdaşlarının sosial mudafiəsinin gucləndirilməsi, gomruk işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” fərman imzalamışdır. Fərmanda əsas etibarilə aşağıdakı tədbirlər nəzərdə tutulub:

– Azərbaycan Respublikası gomruk sisteminin budcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%-nin Dovlət Gomruk Komitəsinin xususi rutbəsi olan əməkdaşlarının və mulki işcilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi ucun istifadə olunması;

– İdxal edilən nəqliyyat vasitələrinin gomruk rəsmiləşdirilməsi, dovlət qeydiyyatının aparılması, daimi ucota alınması, nəqliyyat vasitəsinin dovlət qeydiyyat şəhadətnaməsinin və dovlət qeydiyyatı nişanının verilməsi, habelə nəqliyyat vasitələrinə sahiblik, istifadə və sərəncam huquqlarının verilməsi ilə əlaqədar prosedurların “bir pəncərəprinsipi ilə sadələşdirilməsi;

– Qanunvericiliklə muəyyən edilmiş butun gomruk odənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə alınması, həmcinin gomruk orqanlarında gostərilən xidmətlərin operativliyini və şəffaflığını artırmaq məqsədilə muraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının muəyyən olunması ucun elektron idarəetmə sisteminin (“elektron novbə) tətbiq edilməsi.

Bu tədbirlərin nə dərəcədə effektiv olması və dəqiq icra olunması zaman gecdikcə məlum olacaqdır. Hələlik sənəddə maraq doğuran muhum məqam həm də odur ki, vətəndaş cəmiyyəti Azərbaycanda artıq 14 ildir (1997-ci ilin dekabr ayından) təsis olunan “Gomruk sisteminin budcədənkənar inkişaf fondu”nun movcudluğu, bu fondun nə qədər vəsaitə malik olması, bu vəsaitin necə idarə olunması barədə ətraflı məlumata malik deyil. 1997-ci ildə qəbul olunan və hal-hazırda quvvədə olan Gomruk Məcəlləsinin 398-ci maddəsinə əsasən məhkəmələrin gomruk işi sahəsində cinayətlər və gomruk qaydalarının pozulması haqqında işlər uzrə qərarları əsasında dovlət mulkiyyətinə kecirilmiş malların, nəqliyyat vasitələrinin və digər əşyaların satışından və ya onların dəyərinin tutulmasından əldə edilən vəsait, cərimələr, gomruk yığımları və məcəllə ilə muəyyən edilmiş dovlət rusumu istisna olmaqla digər odənişlər gomruk sisteminin budcədənkənar inkişaf fonduna kecirilir və gomruk orqanlarının, gomruk laboratoriyalarının, elmi tədqiqat və tədris muəssisələrinin maddi-texniki bazasının və sosial sahəsinin mohkəmləndirilməsi, maddi mukafatlandırma və ictimai-mədəni tədbirlər fondlarının artırılması ucun istifadə olunur. Gomruk sisteminin inkişaf fondunun vəsaitinin xərclənməsi smetası Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Dovlət Gomruk Komitəsi tərəfindən muəyyən edilir və vəsaitlərin xərclənməsinə Maliyyə Nazirliyi nəzarət edir.

“Vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fondu” nədir?

Azərbaycanda “budcədənkənar budcələr” silsiləsi bununla bitmir. 31 may 2001-ci ildə Nazirlər Kabineti “Vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fondu”nuda təsis etmişdir. Bu fond budcəyə odənilməsi təmin olunmuş vergilərin və qeyri-vergi budcə daxilolmalarının muvafiq il ucun dovlət budcəsində nəzərdə tutulmuş həcmdən artıq məbləğinin 50%-i hesabına yaradılır. Digərindən fərqli olaraq bu fondun əsasnaməsi yoxdur, 2 yalnız fondun vəsaitlərindən istifadə qaydaları var. Həmin sənədə əsasən vergi orqanlarının fondundan işcilərin maddi həvəsləndirilməsinə ayrılan vəsaitlər aşağıdakı məqsədlərə yonəldilir:

vergilər və qeyri-vergi budcə daxilolmaları uzrə proqnozların yerinə

yetirilməsinə gorə, habelə bayramlarla əlaqədar əməkdaşların kollektiv

mukafatlandırılmasına;

əmək funksiyalarını yuksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə gorə

əməkdaşların fərdi mukafatlandırılmasına;

vergi orqanlarının əməkdaşlarına maddi yardım gostərilməsinə;

Fonddan vergi orqanlarının inkişafına ayrılan vəsaitlər isə muxtəlif cari təmir, tikinti, satınalmalar, informasiya xərclərinin odənilməsi və digər istiqamətlərə yonəldilir. Maliyyə Nazirliyi vergi orqanlarının nəzarəti ilə budcəyə odənilməsi təmin olunmuş vergilərin və qeyri-vergi daxilolmalarının muvafiq il ucun dovlət budcəsində nəzərdə tutulmuş həcmdən artıq məbləğinin 50%-nin kecən ilin faktiki mədaxillərinin azaldılması hesabına Vergilər Nazirliyinin xəzinədarlıq orqanlarında olan muvafiq xususi hesabına kocurulməsini təmin edir.

Fondlar kimin qarşısında hesabatlıdır və ictimaiyyətə hər hansı məlumat verilirmi?

1997-ci ilin 25 dekabrında Baş nazir Artur Rəsizadənin imzası ilə təsdiqlənən “Azərbaycan Respublikasının gomruk sisteminin budcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları” barədə Nazirlər Kabinetinin qərarının quvvəyə minməsindən 14 ilə yaxın vaxt kecir. Ancaq bu muddət ərzində nə Dovlət Gomruk Komitəsi, nə Maliyyə Nazirliyi, nə də Nazirlər Kabineti həmin fondun vəsaitlərinin miqdarı və necə xərclənməsi barədə hec bir hesabat acıqlamayıb. Dovlət Gomruk Komitəsi yalnız Maliyyə Nazirliyinə gomruk sisteminin inkişaf fondunun vəsaitindən istifadə olunması barədə rubluk və illik hesabat təqdim edir.

“Vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fondundan istifadə Qaydaları”na əsasən fonddan yerli vergi orqanlarına ayrılan vəsaitlərin istifadə olunması haqqında dovri hesabatların formasını və onların təqdim olunma muddətlərini Vergilər Nazirliyi muəyyən edir. İctimaiyyətin məlumatlandırılması ilə bağlı isə Dovlət Gomruk Komitəsindən fərqli olaraq Vergilər Nazirliyi oz internet səhifəsində bu il yaradılmasından artıq 10 il kecən fondun xərcləmələri ilə bağlı məlumatları muntəzəm yerləşdirir. Ancaq burada fond onun fəaliyyətini tənzimləyən huquqi sənəd olan Qaydalarda yazılandan bir qədər fərqli adla – “Vergi orqanlarının budcədənkənar fondu” kimi qələmə verilir.

Budcədənkənar belə fondların movcudluğunun huquqi əsasları

Umumiyyətlə, adından gorunduyu kimi, bu fondlar budcədənkənar fondlardır. Ancaq “Budcə sistemi haqqında” qanuna əsasən budcədənkənar dovlət fondları qanunvericiliyə uyğun olaraq dovlət tərəfindən huquqi şəxs qismində təsis edilmiş və dovlət budcəsindən kənar mustəqil budcəyə malik olan məqsədli dovlət maliyyə fondlarıdır. Gomruk sisteminin və vergi orqanlarının budcədənkənar inkişaf fondları isə mustəqil huquqi şəxs deyil. Konkret olaraq gomruk sistemindəki fondun əsasnaməsinə gorə, onun vəsaiti Dovlət Gomruk Komitəsinin operativ idarəciliyində yerləşir və fondun vəsaitləri uzrə sərəncamcı dəyişdirilə bilməz.

Eyni zamanda, bu fondlara məqsədli budcə fondu kimi də baxa bilmərik, cunki movcud qanunvericiliyə əsasən məqsədli budcə fondları dovlət budcəsi və digər budcələrin tərkibində konkret tədbirlərin həyata kecirilməsi ucun formalaşan və istifadə edilən pul vəsaitidir. Gomruk sisteminin və vergi orqanlarının budcədənkənar inkişaf fondları isə dovlət budcəsinin tərkibində deyil. Movcud qanunvericilik gomrukdəki fondun vəsaitlərinin olkədən xaricə cıxarılmasını da istisna etmir. Belə ki, gomruk sisteminin inkişaf fondunun vəsaiti Dovlət Gomruk Komitəsinin banklarda (yalnız yerli banklarda bunun olması ilə bağlı tələb 3 yoxdur) və ya digər kredit idarələrində acılan hesablaşma və valyuta hesabına kocurulə bilər. Halbuki, budcədənkənar vəsaitlər budcə təşkilatlarının yalnız ayrıca cari hesablarında yığılır.

“Budcə sistemi haqqında” qanun dovlət orqanlarının budcədən kənarda əldə etdikləri gəlirləri və həyata kecirdikləri xərcləri uzrə dovlət budcəsindən kənar maliyyə əməliyyatlarını umumi şəkildə də olsa (bunun da huquqi detalları işlənməlidir) nəzərdə tutur. Ancaq bu əməliyyatları institusionallaşdıraraq budcədənkənar inkişaf fondu formatına salınması bu gun quvvədə olan muvafiq qanunvericilik aktları ilə tam uyğunlaşmır. Nazirlər Kabinetinin 10 mart 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dovlət budcəsindən maliyyələşən idarə və təşkilatların budcədənkənar vəsaitləri haqqında Əsasnamə” və Maliyyə Nazirliyinin 24 mart 1997-ci il tarixli ≪ Budcədənkənar vəsaitlərin formalaşdırılması, istifadə edilməsi, ucota alınması və hesabatın təqdim olunması qaydaları haqqında” Təlimatda da sohbət yalnız dovlət təşkilatlarının budcədənkənar vəsaitlərindən gedir. Bu sənədlərdə həmin vəsaitlərin budcədənkənar fondlar şəklində mərkəzləşdirilib idarə olunması, onların uzərində konkret olaraq kimlərin sərəcamvermə huquqlarına malik olması, fondların fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması məsələlərinə toxunulmur.

Nə etməli ?

Beləliklə, “Gomruk sisteminin budcədənkənar inkişaf fondu”nun əsasnaməsində fondun statusuna yenidən baxılmalı,“Vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fondu”nun əsasnaməsi işlənib hazırlanmalı, həmin sənədlər “Budcə sistemi haqqında qanuna uyğunlaşdırılmalıdır. Eyni zamanda,“Gomruk sisteminin budcədənkənar inkişaf fondu”nun vəsaitindən istifadə olunması barədə Dovlət Gomruk Komitəsinin Maliyyə Nazirliyinə təqdim etdiyi rubluk və illik hesabatlar ictimaiyyət ucun acıq hala gətirilməlidir. Hesablama Palatası isə oz novbəsində bu cur budcədənkənar vəsaitlərin xərclənməsinin auditini aparmalı və ictimaiyətə bununla bağlı məlumat veməlidir. 6ks halda, aktiv vətəndaş cəmiyyətində həmin fondlarda məhz qeyri-rəsmi vergi və gomruk yığımlarının toplanması və idarə olunması barədə rəy formalaşa bilər.

Kənan Aslanlı

İqtisadcı, Milli Budcə Qrupunun eksperti

kenan.aslanli@yahoo.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər