Sumqayıt, 19 mart (AzərTAc). Bu gün Sumqayıtda, kimyaçıların Üzeyir Hacıbəyli adına Mədəniyyət Sarayının qarşısındakı meydanda ümumşəhər tədbiri keçirilmişdir. Şəhərin minlərlə sakini xalqımızın əsas və sevimli bayramı Novruzun gəlişini birlikdə qeyd etmək üçün buraya toplaşmışdı. Tədbirdən bir qədər əvvəl Sumqayıtın demək olar ki, bütün küçə və yaşayış massivlərindən keçmiş atlılar dəstəsi tədbirdə xüsusi bayram ab-havası və şənlik ruhu yaratmışdır. Bu yürüşdə əsas Novruz personajlarının mindiyi faytonlar, dəvə karvanı, süvarilər, idman avtomobilləri iştirak etmişdir. Yürüş iştirakçıları Sumqayıt sakinlərini və şəhərin qonaqlarını bayram şənliyinə dəvət edirdi.
Azərbaycanda ən qədim, hamının xoşladığı, şən və əyləncəli Novruz bayramının gəlişini böyüklü-kiçikli hamı səbirsizliklə gözləyir. Builki Novruz öz miqyası və baxımlılığı ilə bütün şəhər sakinlərini sevindirmiş və sözün yaxşı mənasında heyrətləndirmişdir. Bayram şənliyinin iştirakçıları azərbaycanlıların adət və ənənələrini, məişət mərasimlərini, xalq sənətkarlarının və kulinarların məharətini əks etdirən sehrli bir aləmə düşmüşdülər. Novruz şənliklərinin qəhrəmanları olan kəndirbazlar və Bahar bayramının daha bir atributu – xoruz döyüşü də unudulmamışdı. Ümummilli lider Heydər Əliyevin portretini səmaya qaldıran aerostat xalqımızın bu böyük oğlunun Azərbaycanın ən yeni tarixində yüksək xidmətlərini tədbir iştirakçılarına bir daha xatırlatmışdır.
Respublika motosikletçilər federasiyasının və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri əsl çeviklik nümunələri göstərmişlər. Onlar müxtəlif motorlu idman texnikasını gözəl mənimsədiklərini nümayiş etdirmişlər. Motokros, enduro və ralli idman növlərinin çoxsaylı elementlərini özündə birləşdirən tryukların motosiklet, kartinq və kvadrosikllərdə icrası tamaşaçıları heyran etmişdir.
Sumqayıt İcra hakimiyyətinin başçısı Eldar Əzizovun, Milli Məclisin üzvləri Muxtar Babayev və Hacı Salayevin, bələdiyyə, hüquq mühafizə orqanları, idarə və müəssisələrin, özəl sektorun rəhbərlərinin və şəhər ictimaiyyətinin iştirak etdiyi bayram şənliyi paradla davam etdirilmişdir. Daxili qoşunların əsgərləri mətin addımlarla Azərbaycan Dövlət Bayrağını meydana çıxarmışlar. Təntənəni Hüseyn Ərəblinski adına Dövlət Musiqili Dram Teatrının truppası açmışdır. Bu teatrın aktyorlarının çoxu fəxri adlara və dövlət təltiflərinə layiq görülmüşdür. Teatrın 40 ildən artıq tarixində göstərdiyi tamaşalardan mini-səhnələr bir-birini əvəz edirdi. Onların ardınca şəhər mədəniyyət idarəsinin əməkdaşları və bədii özfəaliyyət kollektivləri, eləcə də şəhər sakinlərinin sağlamlığının keşiyində dayanan tibb işçiləri irəliləyirdi. Nümayişçilər dəstəsində bu şəhərdə yeganə ali məktəb olan Sumqayıt Dövlət Universitetinin tələbələri və müəllimləri də vardı.
Bayram şənliyinin iştirakçıları Sumqayıtın qəhrəman idmançılarını gurultulu alqışlarla qarşılamışdır. Meydanda dünya və Avropa çempionatlarının mükafatçıları olmuş 100-dən artıq idmançı var idi. Onların arasında iki dəfə paralimpiya çempionu, “Şöhrət” ordenli İlham Zəkiyev, Olimpiya oyunlarının mükafatçıları Fuad Aslanov və Şahin İmranov, dünya və Avropa çempionu Niyaməddin Paşayev və başqalarını sumqayıtlılar daha yaxşı tanıyırlar.
Meydanda ucaldılmış böyük səhnədə respublika incəsənət ustalarının bayram konserti olmuşdur.
Axşam bayram tonqalı yandırılmışdır. Sumqayıtda kütləvi gəzintilər axşamdan xeyli keçənə qədər davam etmişdir.
Ətrabə Rzayeva
HE BU IL DOGURDAN DAHA MARAQLI OLDU.INSAN HISS EDIRDI KI,BAYRAMDI.HEYIF GEDIB BAXA BILMEDIM SHENLIYE.AMMAICRAYNAN UZBE-UZ HEYVANLAR GETIRILEN GUN USHAQLARI APARMISDIM.MEN OZUM USAQLARDAN BESBETER MARAQNAN BAXIRDIM.ORDA BIR NEFER ESITDIM YANINDAKINA DEYIR KI”AAA,NECE GORMEMIS KIMI BAXIRLAR EE.ELE BIL HEYVAN ZAD GORMEYIBLER’.ONUN KIMILERE DEMEK LAZIMDI KI’SENIN KIMI BEZI HEYVANA BENZER INSANLARI CIXMAQ SERTILE ,ELBETTEKI HEYVAN GORMEMISIK’.ONA GORE DE MARAQNAN BAXIRIQ.
Sumqayitin 62 illik heyatinda ilk defe gorduyu bir koncert… Cox mohtewem idi… Twk
Eyvaz deyirem En maraqlisi kabab olub ozude nece amma Paradinda yeri var 70-80 ci iller xatirladim kime lazimdi seviyye yaxshi sheydi qaqa