Burnunuz axanda bunları etməyin – 6 səhv

1522

Zökəm (rinit) soyuqdəymə və qripin ən birinci əmələ gələn simptomlarındandır. Zökəmin müalicəsi zamanı etdiyimiz bəzi səhvlər müxtəlif ağırlaşmalara yol aça bilər.

sumqayitxeber.com Sağlamolun.az-a istinadən zökəmin müalicəsi ilə bağlı olan vacib məlumatları təqdim edir:

1. Damardaraldıcı burun damcılarından uzun müddət ərzində istifadə etmək olmaz!

Bu damcılar 5 gündən çox istifadə olunmamalıdır. Əks halda bu yerli immunitetin pozulmasına, iybilmənin azalmasına, burun damcılara öyrəşməsinə səbəb ola bilər.

2. Zökəmi müalicə etmək lazımdır!

Bəzən insanlar zökəmi müalicə etmir. Lakin bu da səhvdir. Müalicə olunmadıqda zökəm sinusitlər, haymorit kimi ağırlaşmaların inkişafına səbəb ola bilər.

3. Xalq təbabəti vasitələr ziyan vura bilər!

Mütəxəssislər zökəm zamanı soğan şirəsi və s. bu kimi yandırıcı vasitələrdən istifadə etməməyə çağırır. Bu vasitələr burunun selikli qişasını yandırır, iybilmə reseptorlarına ziyan vurur, burunun faydalı mikroflorasını öldürür.

4. Zökəm zamanı burunu isitməyin!

Zökəm zamanı burunun qrelka və s. ilə qızdırmaq olmaz. Bu iltihabı daha da artırır, patogen orqanizmlərin çoxalmasına səbəb olur.

5. Antibiotiklərdən istifadə etmək olmaz!

Soyuqdəymə və qripp zamanı antibiotiklərdən istifadə olunmur. Soyuqdəymə və qrippin səbəbi müxtəlif viruslardır ki, onlara antibiotiklər təsir etmir. Antibiotiklər yalnız bakterial infeksiyalara qarşı istifadə olunur.

İstənilən halda antibiotikləri yalnız həkim lazım olan müayinələrdən sonra təyin edə bilər. Özünə müstəqil şəkildə antibiotik “təyin edən” insan öz sağlamlığını və hətta həyatını təhlükə altına atır. Bütün dünyada bakteriyaların antibiotiklərə qarşı həssaslığının azalması ciddi problemə çevrilib. Alimlərin fikrinə görə, gələcəkdə bu çox ciddi fəsadlara səbəb ola bilər.

6. Parça burun dəsmallarından istifadə etməyin!

Zökəm zamanı yalnız birdəfəlik kağız burun dəmallarından istifadə edin. Parça burun dəsmallarında mikroblar yığılır və dəsmallar nəticədə infeksiya mənbəyinə çevrilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər