Buster doza yeni ştamlardan qorunmaq üçün kifayət edəcək? – AÇIQLAMA

663

İlk iki doza vaksindən, yəni bazis vaksinasiyadan 5 ay sonra yenidən aparılan revaksinasiya buster adlanır. Koronavirusa qarşı anticisimlər artıq 4 ay sonra azalmağa başlayır, bu səbəbdən əlavə dozaya ehtiyac olur.

Bunu Trend-ə açıqlamasında həkim-infeksionist Könül İsmayılova deyib.

O qeyd edib ki, Böyük Britaniyada 100 000 nəfər arasında aparılan (REACT1) tədqiqatında 2021-ci il dekabr ayında yaxmaların pozitivliyi tədqiq olunub.

“Nəticələrə əsasən vaksinasiya olunmuş əhali arasında pozitiv PZR yaxmalarının sayı əhəmiyyətli dərəcədə az olub. Çində isə buster doza olunan insanlar arasında 28 gün sonra anticisimlərin daha yüksək olması məlum olub.

İlk iki doza vaksindən, yəni bazis vaksinasiyadan 5 ay sonra yenidən aparılan revaksinasiya buster adlanır. Koronavirusa qarşı anticisimlər artıq 4 ay sonra azalmağa başlayır, bu səbəbdən əlavə dozaya ehtiyac olur. Yəni məqsədi immun cavabı gücləndirməkdir.

Lakin, bu qeyd olunanlar pandemiyanın gedişatına müvafiq olaraq, yerli və beynəlxalq səhiyyə qurumlarının elmi istinadlara və tədqiqatlara əsaslanan nəticələrindən dolayı olaraq dəyişilə bilər”, – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 417 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 511, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 453, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 453 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 373 965, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 171 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 680 213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 521 810 təşkil edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər