“Can Azərbaycana canımız fəda” – Çavuşoğlu

898

“Vətəndaşlarımızı xilas edərkən can qardaşlarımızı orada qoymadıq əlbəttə”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində yazıb. O, Azərbaycan XİN-in Çinin Uhan şəhərindən vətəndaşlarımızın təxliyyəsinə görə Türkiyəyə edilən minnətdarlıq tvitini paylaşaraq, BirMilletİkiDevlet həştəqi ilə “Azərbaycan da olsaydı, eynisini edərdi. Can Azərbaycana canımız fəda” sözlərini əlavə edib.

Qeyd edək ki, Çinin Uhan şəhərindən təxliyyə edilən 42 nəfər (onlardan 6-sı azərbaycanlıdır) Dr. Zekai Tahir Burak Xəstəxanasına yerləşdiriliblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər