yı səhv dəmləmək xərçəng yaradır – Tövsiyələr
20:55 419
Azərbaycanda çay ən çox içilən içki növüdür.
Teleqraf.com xəbər verir ki, ekspertlərin fikrincə, çay düzgün dəmlənməsə, bir çox problemlər yaradar. Hətta bu zaman xərçəng xəstəliyi riski də artır.
Çay dəmləyərkən diqqət yetirməli olduğumuz məqamlar isə bunlardır:
İlk növbədə təmiz sudan istifadə etməkdir. Krantdan gələn sudan uzaq durun, bu su həm sağlamlığa ziyan vurur, həm də çayın rəngini qatılaşdırır.
Dəmlik seçimi də düzgün olmalıdır. Ən düzgünü farfor çaydanda çay dəmləməkdir. Dəmir və almünium çayın dadını qaçırır.
Çay dəmlərkən edilən səhvlərdən biri də qaynamış sudan istifadədir. Bu su bədəndə bakteriya yaranmasına səbəb olur.
Çayınızın dadlı olmasını istəyirsinizə, su qaynayan anda çayı onun üzərinə tökməyin. Yoxsa acı dadıyacaq.
Çayı dəmlədikdən sonra sobada çox tutmayın. Çayı qaynatmaq xərçəng kimi ciddi sağlıq problemləri yarada bilər.
Xüsusilə çöldə içdiyiniz bayat çaylardan uzaq durun.