Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarında şəhərin 1-ci mikrorayonunda küçədən kişi meyiti tapılıb. Aparılan araşdırma nəticəsində həmin şəxsin Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdlü Cəfərov Faiq Füzuli oğlu olduğu müəyyənləşib. Onun naməlim şəxs tərəfindən bıçaqlanaraq öldürüldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.