Bu gün Çempionlar Liqasının yarımfinal və final mərhələlərinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə qitənin ən nüfuzlu klub turnirinin 4 iştirakçısı 2 cütlük təşkil edib.
Püşk “Bavariya” (Almaniya) və “Real”ı (İspaniya) yarımfinalda üz-üzə qoyub. Digər matçda isə “Liverpul”la (İngiltərə) “Roma” (İtaliya) görüşəcək.
Püşk final matçının nominal meydan sahibini də müəyyənləşdirib. Bu qarşılaşmada meydan sahibi “Bavariya” – “Real” cütünün qalibi olacaq.
Çempionlar Liqası
Yarımfinal
“Bavariya” (Almaniya) – “Real” (İspaniya)
“Liverpul” (İngiltərə) – “Roma” (İtaliya)
Final
“Bavariya” (Almaniya) – “Real” (İspaniya) cütünün qalibi – “Liverpul” (İngiltərə) – “Roma” (İtaliya) cütünün qalibi