CHP-nin İstanbuldakı qələbəsi – Təsdiqləndi

1356

İstanbulda keçirilən bələdiyyə seçkilərində səslərin artıq 99 faizi hesablanıb. 

“Qafqazinfo” xəbər verir ki, artıq “Anadolu” agentliyi də İmamoğlunun Yıldırımı keçdiyini açıqlayıb. Belə ki, indiyə olan nəticələrə əsasən, İstanbul bələdiyyəsinə rəhbərlik uğrunda gedən mübarizədə Millət İttifaqının namizədi Əkrəm İmamoğlu 48,79 faiz səslə irəlidədir.

Cümhur İttifaqından olan namizəd Binəli Yıldırım isə 48,51 faiz səs toplayıb. Yerdə qalan faizin nəticələrə təsir etməyəcəyi bildirilir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının sədri Sadi Güven az öncə verdiyi açıqlamada Ə. İmamoğlunun ona gələn 4 milyon 159 min 650 səslə Binəli Yıldırımı (4 milyon 131 min 761 səs) keçdiyini bildirmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər