Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, yeni virusdan ölənlərin sayı 1 523, yoluxanların sayı isə 66 400 nəfərə çatıb. Ölkədə həmçinin 8 096 sağalaraq xəstəxanalardan evə buraxılıb.
Hal-hazırda virusa yoluxan 11 053 nəfərin vəziyyəti ağırdır.