Çində koronavirusa tutulan xəstələr dəli kimi olur

505

Çinin Vuhan şəhərindən sürətlə dünyaya yayılan koronavirusla bağlı qorxulu video görüntü yayılıb.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan və Vuhandakı xəstəxanada çəkildiyi iddia edilən videoda xərəkdə bağlı olan xəstənin sinir gərginliyi keçirdiyi məlum olur.

Çin səhiyyə naziri Ma Xiaovein bəyan edib ki, koronavirusun yayılma gücü durmadan artır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gün toplantı keçirib və 80-dan çox insanın koronavürusundan öldüyü açıqlanıb. 3 mindən çox insan isə bu infeksiyaya tutulub.

Bu ara dünyanın narahatlıqla izlədiyi koronavürusu ilə bağlı ümidverici xəbər də olub. “Röyter” agentliyi elan edib ki, ABŞ-da hazırlanan bir peyvənddən bu xəstəliklə mübarizədə istifadə etmək mümkündür.

ABŞ-ın Milli Səhiyyə İnstitutunun direktoru Antoni Fauci bildirib ki, bu peyvənd hazırlanıb, lakin bunun sınaqdan keçirlib istifadə edilməsi üçün 3 ay müddətə ehtiyac var.

Çin rəsmləri isə qorxu və panikaya səbəb olan koronavirusunun genetik ardıcıllığını ortaya qoymaları üçün mütəxəssislərin işlədiyini və nəticənin əldə olunmasına az qaldığını bəyan ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər