Çində nikah və dəfn mərasimləri qadağan edildi

1035

Çinin paytaxtı Pekində yeni növ koronavirusa qarşı təhlükəsizlik tədbirləri davam etdirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paytaxtda müvəqqəti olaraq nikaha girmək və dəfn mərasimləri qadağan edilib. Bu qərar insanların kütləvi şəkildə bir yerə yığılmasının qarşısını almaq üçün verilib.

Nəticədə xeyli sayda çinli cütlük min ildə bir rast gəlindiyi ehtimal etdikləri 02.02.2020 tarixində nikaha daxil ola bilməyəcək. Bundan başqa, Çin dilində 20 fevral 2020 “Səni sevirəm, səni sevirəm” ifadələri ilə eyni tələffüz edilir.

Xatırladaq ki, Pekində yanvarın 25-də Yeni illə bağlı bütün tədbirlər də qadağan edilmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər