Xəbər verdiyimiz kimi Sumqayıt şəhər İcra Hakimiyyəti Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Mienyen və Sian şəhərinə tibbi ləvazimatlar göndərib.
Mienyen şəhər rəhbərliyi bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə təşəkkür məktubu ünvanlayıb.
Sumqayitxeber.com Çindən Sumqayıt şəhərinə ünvanlanmış məktubu təqdim edir:
“Hörmətli cənab Zakir Fərəcov, yeni koronavirus pnevmoniya (YKP) epidemiyası yeni ilin əvvəlində qəflətən galdi. Biz pnevmoniya epidemiyasının qarşışının alınması va idarə olunması üçün tam mübarizəyə başladıq – zamana va xəstəliyə qarşı mübarizə və vəziyyətin qarşısının alınması və nəzarəti ümumiyyətlə sabitləşib. Ancaq epidemiyanin inkişafı ilə nəzarət və qarşısını almaq üçün olan materialların, xüsusilə tibbi materialların və müdafiə vasitələrinin qorunmasını gücləndirmək çox vacibdir.
Böyük çətinliklər yaşadığımız dövrdə, şəhəriniz Myenyandan narahat idi və vaxtında kömək əlini uzatdı, təcili olaraq ehtiyac duyduğumuz çox sayda tibbi materialı bizə bağışladı. “Təpələr və yamaclar bizi bir-brimizdən ayırsa da, ay və külək ürəklərimizi birləşdirir”-dərin dostluq hislərini göstərdi və epidemiyanı aradan qaldırmaq üçün inamımızı gücləndirdi. Bununla, Myenyan Xalq Höküməti və 5,46 milyon Myenyan xalqı adından səmimi təşəkkürümü və şəhərinizə yüksək hörmətimi bildirmək istəyirəm!
YKP epideimiyasının qarşısının alınması və nəzarət işləri artıq kritik bir dövrdədir. Epidemiyanın qarşısını almaq və nəzarət üçün yaxşı işlər görməkdən heç vaxt yorulmayacağıq, əsas məqamlara diqqəti yönəltmək, ümumi planlar hazırlamaq, qruplar şəklində istiqamətləndirmə verməklə müxtəlif bölgələrdə elə bir siyasət aparacağıq ki, epidemiyanın yayılmasını qəti şəkildə cilovlayaq. Şəhəriniz tərəfindən bağışlanan materialları idarə edərək öv mövqe tibb işçilərinin və “bir pəncərə xidməti” bölmələrinin ehtiyaclarını təmin etməyə üstünlük verib dəyərli materialların səmərəliliyini artıraraq düzgün istifadəsinə nail olacağıq. Qətiyətlə inanırıq ki, Sumqayıt və digər beynəlxalq qardaş şəhərlərin köməyi və bütün şəhər xalqının birgə səyləri ilə epidemiyanın qarşısının alınması və nəzarətə götürülməsi müharibəsində hərtərəfli qələbə qazana biləcəyik və geniş kütlələrin həyatını və sağlamlığını əhəmiyyətli şəkildə qoruyacağıq.
Bu il Myenyan şəhərinizlə dostluq və əməkdaşlıq münasibətləri qurmasının ikinci ilidir. Şəhərinizlə daha geniş sahədə, daha dərin və daha yüksək səviyyədə mübadilələr gözləyirik. Əminik ki, iki şəhər arasındakı dostluq münasibətləri çiçəklənəcək, daha səmərəli nəticələr verəcək və iki dövlət arasında yerli dostluq əməkdaşlığının ön cəbhələrində əl-ələ verə biləcəyik.
Nəhayət, biz səmimi qəlbdən yeni ildə şəhərinizdə müxtəlif təşəbbüslərin inkişafını diləyirik! Sizə və şəhərinizin insanlarına cansağlığı və hər şeyin ən yaxşısını diləyirik.
Myenyan şəhər Xalq Hökümətinin Başçısı
17 Fevral 2020-ci il”