Çinin daha bir şəhəri Sumqayıta tibbi yardım göndərdi

1584

Bu dəfə Çin Xalq Respublikasının Çucou şəhərindən Sumqayıt şəhərinə tibbi humanitar yardım göndərilib.  Çucou şəhərindən göndərilən tibbi ləvazimatlar artıq Sumqayıt şəhərinə çatıb və dezinfeksiya olunduqdan sonra qəbul edilib.

Tibbi ləvazimatlar şəhərdəki tibb müəssisələrinə paylanılacaq və koronavirus epidemiyasına qarşı mübarizədə istifadə olunacaq.

Qeyd edək ki, Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatlar göndərilmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər