Sumqayıt şəhərinin qəsəbəsi olan Coratın adı dəyişdirilə bilər.Bildiyimiz kimi, Corat Azərbaycanın ən qədim qəsəbələrindən biri sayılır. Onun yaranma tarixi təqribən IV-V əsrlərə gedib çıxır. Yaxın əsrlərə qədər Coratın adı Cürət olub. Və hazırda Coratın tarixi adının bərpa olunması məsələsi gündəmə gəlib.
“Xeberle.com” xəbər portalına daxil olan məlumata görə, Corat sakinləri bu barədə millət vəkili Hacı Salayevə müraciət ediblər. Deputat isə problemi iş planına daxil edilib, hazırda bu istiqamətdə işlər aparır.