COVİD-19 vaksinləri nə zaman paylanılacaq? – TƏBİB-dən açıqlama

713

COVİD-19-a qarşı vaksinlər öz təsdiqini tapsa belə, onların kütləvi şəkildə istehsalına 2021-ci ilin əvvəllərində başlanılacaq və ilin ortalarına, axırlarına doğru ölkələrə paylanılacaq.

Bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, hazırda dünyada koronavirusa qarşı vaksinin hazırlanması prosesi davam edir: “Ümidverici 11 vaksin var ki, onlar hazırda 3-cü sınaq mərhələsindədirlər. Sınaq mərhələləri bitdikdən sonra növbəti mərhələ kütləvi istehsalın başlanılması və ölkələrə paylanılmasıdır. Vaksinlərin paylanması, hansı ölkəyə nə zaman çatacağı – bütün bunlar uzun bir prosesi əhatə edir”.

N.Mustafayeva bildirib ki, Azərbaycanın ölkəyə gətirdiyi peyvəndlər qrip əleyhinədir:

“Bu vaksinasiya insanlar koronavirusa yoluxarkən əlavə olaraq, qripə də yoluxmasın deyə edilir ki, bununla da səhiyyənin yükü azaldılır. Bu təhlükənin qarşısının alınması üçün ölkəyə kütləvi şəkildə belə peyvəndlər gətirildi. Yaş faktoru nəzərə alınmaqla, hər kəs, xüsusilə xroniki xəstəliyi olanlar sahə poliklinikalarına müraciət edərək peyvənd oluna bilər”.

 

N.Mustafayeva əlavə edib ki, hazırda vaksin olmadığı üçün insanlar tibbi maskadan düzgün etməlidirlər. Əgər maskadan düzgün istifadə edilərsə, o, insanı virusdan qoruya bilər:

“Biz hər zaman maskanın üst səthinin infeksiyalaşmış kimi qəbul etməliyik. Biz maska istifadə etdikdə onun xarici səthi infeksiyalaşır. Hər kəs müşahidə edir ki, maskanın çantada, cibdə gəzdirilməsi halları olur. Bu kimi hallar infeksiyanın maskaya, oradan isə ələ, gözə keçməsinə səbəb olur”.

N.Mustafayeva qeyd edib ki, maska istifadəsi ilə yanaşı, əl gigiyenasına, respirator gigiyenaya da əməl edilməlidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər