Son dövrlər dünyada, o cümlədən Azərbaycanda COVİD yoluxmaları artır. Amma yoluxmaların çox olduğu xarici ölkələrdə qapanmalardan, sərt tədbirlərdən danışılmır. Yalnız gigiyenik qaydalara əməl edilməsi tövsiyələri var, sərhədləri də açıblar. Sanki dünya artıq qəbullandı və COVİD-ə bir qrip kimi yanaşaraq, onunla birgə yaşamağa alışırlar.
Azərbaycanda isə həyəcanlı açıqlamalar verilir. TƏBİB-in nümayəndəsi, Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib ki, payızda Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar müəyyən karantin tədbirləri tətbiq oluna bilər.
O bildirib ki, əgər xəstəliyə yoluxma sayı ciddi şəkildə artarsa, xəstəxanaya yerləşdirilənlərin də sayı arta bilər: “Biz üzü payıza doğru gedirik. Havaların soyuması başlayacaq. Ola bilər ki, yoluxma sayının həddən artıq artması stasionara yerləşdirilən xəstələrin həddindən artıq artmasına səbəb olsun. Bu da bizim səhiyyə sistemini yükləyəcək. Ona görə də müəyyən karantin tədbirləri də həyata keçirilə bilər”.
Mütəxəssis 18 yaşına çatmış bütün şəxslərə vaksinasiya prosesindən kənarda qalmamağı məsləhət görüb: “Şərtlərə müəyyən qədər əməl etməliyik. Sıxlıq olan yerlərdə lüzumsuz təmaslardan çəkinmək, maskalardan istifadə etmək lazımdır”.
Qeyd edək ki, son həftələr koronavirusa yoluxma sayında sürətli artım müşahidə olunur. Ölkədə yeni yoluxma sayı 500 nəfərə çatıb.
Əlbəttə, COVİD-lə mübarizə davam etməlidir, bəlli qaydalara əməl olunmalıdır. Ancaq təcrübə də sübut etdi ki, sərt qapanmaların da bir faydası olmur. Həmçinin, kütləvi immunitet yaranmasını dünya alimləri yeganə çıxış yolu kimi qiymətləndirir. Bu baxımdan əhalinin 60-70 faizi peyvənd olunub, çox hissəsi də aşkar və gizli yoluxub, təbii immunitet qazanıb. Belə olan təqdirdə, iqtisadiyyata ziyan vurmaqla nəticələnən sərt qapanmalara yenidən gedilməsi nə dərəcədə doğrudur?
Bir sıra mütəxəssislər deyir ki, əslində insanları belə təşvişdə saxlamaq da onların psixikasını korlayır. Qorxu, təşviş yaratmadan aparmaq daha doğru hesab olunur. Bəs həkimlər, ekspertlər necə düşünür? Hansı yol seçilməlidir?
Koronovirus xəstələrinin birbaşa müalicəsində iştirak etmiş həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Biz bununla bağlı dəfələrlə danışmışıq. İndi yenidən insanları panikaya salmaq nəyə lazımdır?! Bunlar özü də alimdirlər. Elmin qanunauyğunluğu var. Virus getdikcə zəifləyir, mutasiyaya uğrayıb, onun öldürücülük qabiliyyəti artıq sıfırlanır. Ağır xəstəlik yaratma qabiliyyəti də minimuma enib. İstisna hallarda ağırlaşma ola bilər. O da risk qrupuna aid şəxslər- ağır ürək, böyrək, qaraciyər çatışmazlığı, orqan transplantasiyası olanlar, 20 il anamnezi olan diabet xəstələri və sairə- bunlarda ağırlaşma ola bilər, bu da azlıq təşkil edir. 95 faizdən yuxarı şəxslərdə xəstəlik yüngül keçir. İnsanlar 3 doza vaksin olunub. Bunu deyən alimlər, əgər siz deyirsinizsə, təhlükə var. Onda sual yaranır. İnsanları niyə peyvənd etmişdiniz? Elm dəqiq yanaşmanı tələb edir. Qapanma olacaqdısa, niyə kütləvi peyvənd edirdiniz? Peyvənd ağırlaşmadan qoruyursa, bu nə qapanma oyunudur?! 15 milyon insan 3 doza peyvənd olunub, 3 milyondan çox insan yoluxub sağalıb, təbii immunitet əldə edib. Artıq Azərbaycanda kollektiv immunitet var, ikincisi virus artıq mutasiyaya uğrayaraq çox zəifləyib. Ona görə də karantin qaydalarını sərtləşdirməkdən söhbət gedə bilməz. Əvvəldən bu işin içində olan bir həkim kimi deyirəm ki, yoluxma sayı 20 minə çatsa belə, heç bir karantin qaydalarını sərtləşdirməyə, insanları cərimələməyə, maska geyindirməyə ehtiyac yoxdur. Mən son həftələrdə onlarla insanın döş qəfəsinə rentgen və kompüter tomoqrafiyası (KT) müayinələrinin nəticələrini görmüşəm. Heç birində ağ ciyərdə ağırlaşma, buzlu şüşə görməmişəm”.
Psixoloq Ülviyyə Murtuzova: “Bu xəbərlərə görə insanlar taqətdən düşəcək, bəlalar onda başlayacaq”
Tanınmış psixoloq Ülviyyə Murtuzova mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, bu cür xəbərlərin yayılması olduqca təhlükəlidir: “Hazırda şayiə xarakterli məlumatlar çox yayılır. Bəziləri hətta rəsmi qurumların adını da çəkərək məlumatların gerçək olduğunu bildirirlər. Bu insanlarda yeni bir panikanın yaranmasına gətirib çıxarır. Koronavirus dövrünü keçdik, pandemiyanı aşdıq, insanlarda rahatlama hissləri baş qaldırdı. Əhali artıq başqa dünyaya qədəm qoydu və hər şeyi əvvəlki kimi planlaşdırmağa çalışdı. Həyatlarını, karyeraları uğurlarını, demək olar ki, ailə düzənlərini tam başqa formada uyğunlaşdırdıqları anda yenidən qapanma xəbərləri təşviş yaradır. Düzdür, bu insanlarda fərdi şəkildə özünü göstərir. Hər kəs fərqli şəkildə qəbul edir. Bəziləri soyuqqanlı olub, “artıq düzənimi qurmuşam, nə dəyişəcək” deyir, bəziləri isə “bu qədər işimi qurmuşkən bu qədər məhvi mən yenidən yaşaya bilmərəm” deyə böyük bir isterikaya düşüblər. Burada iradə, psixoloji immunitet məsələsi var. Bunu insanların qarşılama dərəcəsi var. Bir qisim insanın içində qorxu yaranıb. İnsanlar həyəcan keçirir, narahatlıq keçirir, sonradan bu təşvişə, təşviş də qorxuya səbəb olur. Nəticədə qorxu ilə yaşayan, bunu büruzə verməyən insan tipləri formalaşır. Bu nədir? Bu adamlar artıq hansısa mühitə çıxmaqdan, toplum arasına çıxmaqdan çəkinirlər. Tədbirlərə qatılmaqdan, işdə kollektiv içində görünməkdən çəkinirlər. Bu da artıq onların cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır. Təbii ki, burada insanlar daha çox itirirlər. İndi bu dünyanın ən aktual məsələsidir. Bir də görürsən, tədbirə kimsə dəvət olunanda, cavab verir ki, belə bir şayiə var, qatıla bilməyəcəyəm. Artıq bunun karyeraya da təsiri var. Ailələr çoxu istirahətdən imtina etdilər, çoxu bu il evdə oturmağı tərcih etdi. Deməli, bu artıq insanların istirahət və dincəlməsinə təsir etdi. Uşaqlar məktəbin açılmasını belə sual edirlər, “bəlkə məktəbə getməyək”, deyirlər. Uşaqların psixologiyasına belə təsir edir. Hər halda mənfi təsirlər yaxşıları üstələyib”.
COVİD-lə mübarizədə təşviş əngəli – virusla birgə yaşamağa alışmalıyıq, yoxsa…

Həkim-radioloq Aydın Əliyev: “Qapanma olacaqdısa, niyə kütləvi peyvənd edirdiniz?”
Psixoloq pandemiyada intiharın olmasını xatırlatdı: “COVİD dönəmində daha çox gənclər, 35-50 yaş arası kişilər arasında intiharlar müşahidə edildi. Daha çox kişilər arasında bu hiss olundu ki, “COVİD-ə yoluxub ölməkdənsə, intihar yolunu seçim rahatca ölüm” deyə düşünənlər oldu. İnsanlara cəsədlərin verilməməsi, xəstəxanalarda insanların ölüm səhnələri, yaxınlarının buraxılmaması onlarda böyük qorxu yaratmışdı. Yüngül öskürəyi belə olanlar elə bilirdilər xəstədirlər, onları də aparacaqlar, orada öləcəklər. Xəstəxanada süni aparat altında ölməkdənsə, intihar daha yaxşıdır. Belə düşününlər çox idi. İndi də yenidən bu məsələlərin gündəmə gəlməsi insanlarda xof yaradır. İnsanlar yeni planlarını etməkdən qorxurlar. Hansısa layihələri varsa, onu imzalamağa qorxurlar. Yeni bir iş planı qurmaqdan artıq çəkinirlər. “Bəlkə bir az gözləyək” deyə tərəddüd edirlər. Öz güvən olmadıqda həmin dönəm başlasa belə, insanlarda güc-taqət qalmayacaq. Bunun üçün psixoloji immunitet olmalıdır. O zamana kimi o qədər emosional çökürük ki, gerçəkləşəndə belə gücümüz qalmayacaq. Bəlalar o zaman başlayacaq”.
Qeyd edək ki, Çinin şərqindəki Henan və Şandun bölgələrində 35 nəfərdə yeni “Lanqya” virusu aşkar edildiyi bildirilir. 75 faiz ölümcül olan “Lanqya” virusunun heyvanlardan insanlara keçdiyi bildirilir. Virusa yoluxanlar arasında hələlik ölüm faktı qeydə alınmayıb. Mütəxəssislər virusun insanlara sivri siçankimilər növündən keçdiyini iddia ediblər. Xəstələrin əksəriyyəti virusu yüngül formada keçirir, qripəbənzər simptomları olduğu da deyilir. Xəstəliyin ilk dəfə 2019-cu ildə insanlarda müşahidə edildiyi bildirilir. Pekin Mikrobiologiya və Epidemiologiya İnstitutunun alimləri xəstəliyin təfərrüatlarını paylaşıblar. “Lanqya” virusuna yoluxmuş şəxslərin simptomları aşağıdakı kimidir: Yüksək hərarət, yorğunluq (54 faiz), öskürək (50 faiz), iştahsızlıq (50 faiz), əzələ ağrısı (46 faiz), ürəkbulanma (38 faiz).
Bu virusa it və keçilərdə də rast gəlinir. “Lanqya” virusu damcı yolu ilə ötürülür.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”