Dünən İstanbulda çökən binanın dağıntıları altından çıxarılan qadının ilk sualı hər kəsi təsirləndirib.
Avropa.info xəbər verir ki, xilas edilən qadının ilk sualı qızı ilə bağlı olub.
Qadıdnın “Havva yaşayırmı?” sualı orda olanları kövrəldib.
Qeyd edək ki, təxminən 20 saata yaxın davam edən xilas etmə işlərindən sonra bu gün 5 yaşlı Havva Tekgöz dağıntılar altından çıxarılıb.
5 yaşlı uşaq xəstəxanaya yerləşdirilib.
Ətraf Mühit və şəhərsalma naziri Murat Kurumun sözlərinə görə, hələ də dağıntılar altında qalanlar var. Onların səslərini eşitmək mümkündür.
Hadisədən sonra ətrafdakı 7 binanın sakinləri də təxliyə edilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda 8 mərtəbəli yaşayış binası çöküb.