Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində boğularaq öldürülən 2 azərbaycanlı gəncin meyiti tapılıb.
Open.az-ın əldə etdiyi məlumata görə, Mahaçqalanın Kirovskiy rayonu ərazisində tapılan meyitlərin şəxsiyyəti üstlərində aşkar olunan sənədə görə 1991-ci il təvəllüdlü Həsənov İmdad Abdulla oğlu və 1988-ci il təvəllüdlü Abdullayev Rüstəm Abdulla oğluna məxsusdur.
Aşkar olunan əlamətlərə görə onların kəndirlə boğularaq öldürülüblər. Polis hadisənin səbəbini araşdırır.