
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 445 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 863 nəfər müalicə olunaraq sağalıb, 4 929 nəfər vəfat edib, aktiv xəstə sayı 3624 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 563, ötən müddət ərzində isə ümumilikdə 3542 035 test aparılıb.