Göyçayda güclü yanğın baş verib.
APA-nın xəbərinə görə, yanğın Göyçayın Bığır və Qaraməryəm kəndləri arasında, vətəndaşlara məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay, İsmayıllı və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hava küləki olduğu üçün yanğını söndürmək çətinləşib və alov qısa vaxtda geniş ərazini əhatə edib. Yanğın dağlıq ərazidə baş verfiyi üçün əraziyə yanğınsöndürən maşınların cəlb edilməsi çətinləşib.
Hazırda yanğın davam edir və indiyədək 60 hektar ərazidə biçilmiş taxıl sahəsi yanıb. Yanğınsöndürənlər “Azərenerji”nin yüksək gərginlikli elektrik dirəklərini alovdan mühafizə ediblər. Ümumilikdə 1000 hektar taxıl sahəsi, nar bağlarının alovdan mühafizəsi üçün tədbirlər görülür.
Yanğının vətəndaşlar tərəfindən törədildiyi məlum olub.