Daha bir uşaq bağçasında işgəncə: 3 nəfər cəzalandırıldı

1455

Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında azyaşlının xəsarət almasına görə 2 nəfər işdən çıxarılıb, 1 nəfərə isə töhmət verilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən APA-nın qərb bürosuna verilən məlumata görə, 2 yaşlı Mustafazadə Saranın xəsarət alması ilə bağlı Gəncə şəhəri 31 saylı uşaq bağçasının tərbiyəçisi Gülnarə İsmayılova və sanitar dayəsi Solmaz Zeynalova işdən çıxarılıblar.

Eyni zamanda, bağçanın direktoru Günay İsmayılovaya töhmət elan olunub.

İki yaşlı Sara Mustafazadənin üzünə dağ basılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. İlkin araşdırma zamanı məlum olub ki, S. Mustafazadənin üzünü bağçadakı uşaqlardan biri dişləyib. S. Mustafazadə xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən də araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər