Daha bir uzman həkim Sumqayıtda fəaliyyətə başlayıb

716
Daha bir uzman həkim Sumqayıt Tibb Mərkəzində fəaliyyətə başlayıb
Uzman cərrah, uroloq-androloq Tural Balayev Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasının Urologiya şöbəsində fəaliyyətə başlayıb.
T.Balayev 1993-cü ildə Bakı şəhərində anadan olub.
2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb.
2016-2018-ci illərdə rezidentura keçib.
2018-2023-cü illərdə Türkiyənin “Hacettepe” Universitetində Urologiya-andrologiya üzrə uzmanlıq təhsili alıb.
Bakı və Ankarada müxtəlif özəl tibb müəssisələrində uroloq-androloq işləyib.
Bu illər ərzində müxtəlif elmi konfranslarda çıxışlar edib, Türkiyədə çoxsaylı tədbirlərə qatılıb və sertifikatlar əldə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər