“Daş yuxular” tək deyil…

1005

“Ürəyi yaman” olan, “Bibisi nəğməkar” olan, “Atalı atasız” olan və nəhayət, “yuxuları daş olan” bir yazıçı Əkrəm Əylisli… Özü də elə-belə yazıçı yox ha, xalq yazıçısı, Axundov adına ədəbi mükafat laureatı, üstəlik də xalqın vəkili, əylislilərin gözünün ağı-qarası Əkrəm Əylisli… Məncə, bu qədər arayış kifayət edər onu tanımağa. Amma bəlkə də yox, əksinə, bu kiçik sətirlər ilə onu tanımaq kifayət eləməz.

İndi keçək mətləbə. Açığını deyim, hamı kimi Əkrəm bəyi yıxıb-sürümək fikrim yoxdu, ona görə yox ki, irəli sürməyə arqumentlərim yoxdu, ona görə ki, ən azı yaşca məndən dəfələrlə böyükdür.Düzünü desəm, Əkrəm bəy mənə ədəbiyyatımızda yaradıcılığı qaranlıq qalan və çatmayan yazıçılarımızdandır. O qədər də axıcılığı olmayan əsərləri demək olar ki, ilk baxışdan adamı çəkmir və monotonluğu dərhal gözə girir. Yaxşı yadımdadı, Əkrəm bəy bizim universitetə tələbələrlə görüşə gəlmişdi. Yəqin siz xatırlamazsınız bunu, Əkrəm bəy. O zaman görüşünüzə bir az gecikmişdim və narahatlıq yaranmasın deyə arxa sıraların birində əyləşərək sizi və ətrafdakıları dinləyirdim. Amma xətrinizə dəyməsin, bir səmimi eiraf edim: görüş o qədər maraqsız idi ki, hətta məni arada facebook-da status yazmağa vadar etmişdi. Əvvəlcə özünüz danışmışdınız, sonra müəllimlərimiz və daha sonra tələbələrimizin verdiyi sönük sualları cavablandırmışdınız. Ancaq o görüşdən bir xeyli zaman keçsə də, nədənsə xatirimdə qalanlar xoş deyil. Tez-tez işlətdiyiniz qeyri-etik sözlər, qaba davranaraq pərt etdiyiniz tələbə qızımız üstəlik, görüşdən sonra simanıza hopan bir ağayanalıq və ətrafınızdakıların koridorlar boyunca həyətə kimi sizi müşahidə etməsi sizi bir xeyli “Polad”a bənzədirdi. Amma indi bir xatırladım ki, siz bu “Daş yuxular”ı 2007-ci ildə yazmısınızsa, o zaman bizlə görüşünüzdə bu əsər artıq doğulubmuş demək. Bəs niyə o zaman bizə vətənpərvərlikdən, millətçilikdən pafosla agız dolusu danışırdınız?!

Nə isə, indi keçək əsərə və onun doğurduğu rezonansa. Nəzərə alsaq ki, əsərdə “Ermənistandan gələn bu qaçqın köpəyuşağı”, “yeraz” kəlməsi işlənib, özü də təhqirlərlə, onda ona bu cür reaksiya verilməsi normaldır.
Yadıma bir şey də düşdü. Axı bu, ədəbiyyatımızda bizi biabir edəcək ilk əsər deyil? Bundan qabaq Əli Əkbərlinin “Artuş və Zaur” romanı da yazılmışdı. Bəs görəsən niyə bu qədər səs-səda doğurmadı? Azərbaycanın güləşçi oğlu Zaurla Artuşu sevgi romanına çevirən bu qanı bilinməyən müəllifin şəkili niyə yandırılmadı? Heç bir bəşəri və ya milli əxlaqa sığmayan bu biabırçılığa axı ziyalılarımız, dövlət adamlarımız və ən əsası, sadə xalq niyə göz yumdu? Mən bu iki üzqarası adlandıra biləcəyimiz əsərləri üqayisə edəndə dodağı silikonlu müəllifin yazdığı “Artuş və Zauru” daha çox qınayıram. Ona görə yox ki, Əkrəm bəyə haqq qazandırıram ona görə ki, ən azından yalan, böhtan, şər, iftira olsa belə, bu əsərdə qürur tapacaq nəyimizsə var. Düşmənin başını əzmişik də, özümüzünkünü ki yox. Ancaq o tük ürpəndirən əsərdə isə çox biabırçı məqamlar var. Fikrimcə, indi Əkrəm Əylisini qınayanlar gərək əvvəl Əli Əkbərin Artuş və Zaurunu oxusunlar. Heç olmasa geciksək də ona səsimizi qaldıraq. Nə də olsa, səsimizi qaldırmağı, vurmağı, yıxmağı, yandırmağı yaxşı bilirik. Eynilə “Daş yuxular”da olduğu kimi…

P.S. Əkrəm bəy, sizə bir məsləhətim, adam hər gördüyü yuxunu danışar?! Mənə elə gəlir ki, siz bütün bu uydurmaları daş kimi yatan vaxtı görmüsünüz. Amma kaş ki, gəlib qələmə almaq əvəzinə elə suya danışaydınız. Yoxsa sizdən ilhamlanıb yuxularına daş qatanlar çox olacaq.
Sizi bilmirəm, amma o vaxtı ermənilərin yurdundan qovduğu nənəm mənə belə öyrədib.

Səbinə DƏNİZ

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Sədrədin
    Mart 19, 2013 - 19:35

    Səbinə xanım salam Siz cox gözəl mədəni cavab verdiniz Əkrəmin cıxışını dinlədim təəsüflər olsun ki, Əkrəm hələ bizim millətə edilən təziqləri ,verilən işgəncələri öyrənə bilməyib bəlkədə o onlardan həzz alır Əkrəm deyir mənim soy kökümədə ereməni yoxdur onda Fərman Kərimzadənin Göycədə Qisasım qaldı tarixi ramanını oxusa qısa olaraq deyirəm Əmir Teymutun hərbi şurasının üzvülərindən biri satqın cıxır ….gedib araşdırır ki,onun nəsilindən satqın olan olub şeirlə cavab yazır və deyir cəzamı cəkməyə mən hazıram İndi Əkrəm öz soy kökünü axtarsa satqın olduqları üzə cıxar
    Elin ağ saqqalı ola bilməz mən ona ar olsun deyirəm

  • Lamiye
    Mart 27, 2013 - 22:38

    Meqaleniz eladir.Cox sag olun.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər