Daxili işlər naziri Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edəcək.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən martın 17-də Sumqayıt şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Qəbula Sumqayıt, Abşeron və Qubadlı şəhər və rayonlarının sakinləri yazıla bilər.
Qəbul Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında aparılacaq.