“Ded Xasan”ın “ölüm siyahısı” tapıldı – ADLAR

1135
“Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın tərtib etdiyi “ölüm siyahısı” tapılıb.

 Lent.az-ın “yuga.ru” saytına istinadən verdiyi məlumata görə, Rusiya təhlükəsizlik orqanları “ölüm siyahısı”nın ölümündən bir neçə gün əvvəl “Ded Xasan”ın şəxsən özü tərəfindən tərtib edildiyini müəyyənləşdirib.

Məlumata görə, “Ded Xasan” 19 nəfərin öldürülməsini zəruri sayıb. “İzvestiya” qəzeti yazır ki, onların əksəriyyətini Azərbaycan və Gürcüstan əsilli “qanuni oğrular”dır. “Ded Xasan”ın siyahısında düşmənləri – “Merab Suxumski” ləqəbli “qanuni oğru” Merab Cjanqvelazde, “Cemo” ləqəbli “qanuni oğru” Cemal Mikeladze və  “Rövşən Lənkəranski” ləqəbli “qanuni oğru” Rövşən Canıyevin adı ilk üçlükdədir.

Bundan başqa, onların Dubayda təşkil etdikləri oğru “sxodka”sında “qanuni oğru” adı verdiyi 16 nəfərin adı da yer alıb. Dubayda “qanuni oğru” adını alanlar “Lexa Zlak”, “Hacı”, “Paşa Paştet”, “Rüfət Gəncinskiy”, “Astik Suxumskiy”, “Ruslan Lebed”, “Manço Suxumskiy”, “Tolyan Tolyatinskiy”, “Tengiz Xoca”, “Əhməd Şalinskiy”, “Oleq Mumu”, “Qio Jorka”, “Həmzət İnquş”, “Laşa Peçerskiy”, “Sanya Medvejonok” və “Yanka” ləqəbli şəxslərdir.

 

Məlumata görə, “Ded Xasan”  “ölüm siyahısı”nı hazırlamasına baxmayaraq, həmin 16 nəfərə tövbə etmək və “Merab Suxumski”, “Cemo” və “Rövşən Lənkəranski”nin daxil olduğu qruplaşmadan uzaqlaşmaları üçün vaxt da verib. Amma az keçmiş, “Ded Xasan” Moskvanın mərkəzində, “Karetnıy dvor” restoranının girişində güllələnib.

Rusiya xüsusi xidmət orqanlarının qənaətinə görə, “Ded Xasan”dan sonra onun tərəfdarları siyahıda adı çəkilən şəxsləri aradan götürməyə çalışacaqlar.

Xatırladaq ki, bir neçə gün əvvəl siyahıda adı olanlardan “Rüfət Gəncinski” öldürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər