DƏHŞƏT: 150 mindən çox insan dağıntılar altında qalıb

1569

İndoneziyanın Mərkəzi Sulavesi əyalətində baş verən zəlzələ və sunamidən sonra 152 min nəfərdən çox insanın dağıntılar altında qaldığı ehtimal olunur.

Bunu jurnalistlərə İndoneziyanın Xarici İşlər Nazirliyinin informasiya və KİV-lərlə iş departamentinin rəhbəri Əhməd Ramazan bildirib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 65,7 mindən çox bina dağılıb.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,5 bal gücündə zəlzələ baş verib və sonradan 360-dək afterşok qeydə alınıb. Zəlzələdən sonra İndoneziya sahilləri 5-7 metr hündürlüyündə sunaminin təsirinə məruz qalıb. Son məlumata əsasən, təbii fəlakət nəticəsində həlak olanların sayı 1648 nəfərə çatıb, 2,5 min nəfər xəsarət alıb, 70 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb.

İndoneziya Sakit okean odlu dairəsi adlandırılan güclü tektonik qırılma zonasının bir hissəsidir. Yer kürəsinin bu rayonunda ən aktiv tektonik plitələr yerləşir. Onlardan biri ildə səkkiz santimetr sürətlə irəliləyir. Seysmoloqlar hər il burada maqnitudası 4 baldan yuxarı 6-7 min zəlzələ qeydə alırlar.

Bu regionda ən dağıdıcı zəlzələlərdən biri 2004-cü il dekabrın 28-da Sumatra adasından 160 kilometr qərbdə baş verib. Maqnitudası 9,1-9,3 bala çatan zəlzələ zamanı 1200 kilometr məsafədə tektonik plitələr hərəkətə gəlib. Hündürlüyü on metrə çatan sunami İndoneziya, Tailand, Şri-Lanka, Hindistanın cənub və Afrikanın şərq sahillərini vurub. Nəticədə, müxtəlif hesablamalara görə, 14 ölkədə 225 mindən 300 minədək insan həlak olub, 2,2 milyonda yaxın insan zərər çəkib (Azərtac).

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər