Dəhşət: Sumqayıtda 8 nəfər maşında yanaraq öldü – (Siyahı))

739

Dekabrın 4-də axşam saatlarında Bakı-Quba Rusiya sərhədi yolunda dəhşətli qəza baş verib. Lent.az-ın məlumatına görə, yolun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində, 37-ci kilometrlikdə 10 NT 820 nömrə nişanlı “BMW” və 90 LT 366 nömrəli “Mercedes” markalı yük maşını toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 6 və yük maşınındakı 2 nəfər hadisə yerində ölüb.

Hadisədən dərhal sonra partlayış baş verdiyindən və maşınlar yandığından həmin şəxslər əzilmiş nəqliyyat vasitələrində sıxılmış vəziyyətdə yanıblar.

Lent.az-a verilən digər məlumata görə, qəza nəticəsində yanaraq ölən şəxslərdən 4-nün şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Bunlar “Mercedes”in sürücüsü 1978-ci il təvəllüdlü, soyadı məlum olmayan Füzuli Müslüm oğlu, həmçinin minik avtomobilinin sürücüsü 1987-ci il təvəllüdlü Hacıyev Əli Zakir oğlu, sərnişinlər, Milli Ordunun zabiti, 33 yaşlı Babayev Ramin Nadir oğlu və 18 yaşlı Rusiya vətəndaşı Səlimov Vüsal Eyvaz oğludur. Hazırda digər şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla əlaqədar araşdırmalar başlanılıb. Nizam RZA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər