Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə – ALİMLƏRDƏN XƏBƏRDARLIQ

1572

Qlobal istiləşmə və iqlim dəyişikliyinin təsirləri narahatlıqları artırmağa başlayıb. Mütəxəssislər həddən artıq isti hava səbəbindən 2100-cü ildə 100 min nəfərin öləcəyini açıqlayıb.

Araşdırmalara görə 1981-2010-cu illər arasında Avropa qitəsində hər il orta hesabla 3 min nəfər istidən dünyasını dəyişib. Mütəxəssislər bildirir ki, vəziyyət bu cür davam etsə, 2100-cü ildə 100 min nəfər istidən öləcək.

“Hər 20-25 ildən bir hava hərəkətliliyi səbəbindən isti hava dalğaları ilə üz-üzə qalmağımız normaldır. Lakin iqlim dəyişiklikləri səbəbindən artıq 3-5 ildən bir isti hava dalğalarının səbəb olduğu neqativ hallarla qarşılaşırıq”, – deyə İstanbul Aydın Universiteti Təbii fəlakətlər təhsil, tətbiq və Araşdırma Mərkəzinin koordinatoru Sərhat Yılmaz bildirib.

Avropa Komissiyası Birgə Araşdırma Mərkəzinin yayımladığı hesabata görə, 2003-cü ildə İtaliya, Fransa, İspaniya, Almaniya, Portuqaliya, Belçika kimi Avropa ölkələrində isti hava ilə əlaqədar 70 minə yaxın insan ölüb. Asiyada da vəziyyət fərqli deyil. Təkcə 2015-ci ildə Hindistanda 2 mindən çox insan isti havanın qurbanı olub.

S.Yılmazın sözlərinə görə, bu cür halların səbəbi əslində bir çoxuna bəllidir:

“18 ölkənin 116 aliminin hazırladığı hesabata görə, bu cür isti hava kütlələrinin hakim olmasının səbəbi iqlim dəyişikliyidir. İnsanlar isti havanın mənfi təsirlərindən necə qoruna biləcəklərini öyrənməlidirlər. Fərdi olaraq qısamüddətli hava dəyişikliyinə qarşı özümüzü hazırlaya bilərik. Lakin daha uzunmüddətli dəyişikliklə mübarizə üçün insanlar güclərini birləşdirməli, iqlim dəyişikliyinə qarşı mübarizə aparmalıdır”. (publika.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər