Sumqayıt Şəhər ProkuroruDağlar Zeynalov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisəni törədən 40 yaşlı Elşad Rüstəmzadə ağır xəstəlikdən əziyyət çəkirmiş. O, ötən gün xəstəxanaya aparılıb və həkim müalicə olunmasını məsləhət bilib. Ailə vəziyyəti ağır olduğundan E.Rüstəmzadənin kürəkəni dünən onlara gəib və bu gün xəstəxanaya gətirilməsi planlaşdırılıb. Gecə isə hadisə baş verib.
sumqayitxeber.com saytının müxbiri hadisə yerində olub və ilkin məlumatlara görə Sumqayıt sakini Elşad Rüstəmzadə atası – 70 yaşlı Karpat Rüstəmov, arvadı – Ülviyyə, iki azyaşlı uşağı – Samirə və Nərgizi çəkiclə qətlə yetirib, daha sonra isə özünü yaşadığı binanın yaxınlığındakı 9 mərtəbəli binanın damından ataraq öldürüb.