Qəzada həlak olan 8 nəfərin adı – İki ailə məhv oldu

973

Göygöl rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.

Trend-in məlumatına görə, baş verən hadisə nəticəsində “VAZ 2107” markalı avtomobildə olan – 1995-ci il təvəllüdlü Həsənov Eldəniz Gəray oğlu, onun 1 yaşlı qızı Həsənova Rübabə Eldəniz qızı, 1934-cü il təvəllüdlü Orucova Firəngiz Dəmir qızı, 1958-ci il təvəllüdlü Orucova Nahidə Qəzənfər qızı, “VAZ 21 06” markalı avtomobildə olan 1986-cı il təvəllüdlü Camalov Aslan Əbülfət oğlu, onun 3 yaşlı oğlu Camalov Hüseyn Aslan oğlu, 1949-cu il təvəllüdlü Bayramov Həmid Səməd oğlu, 1995-ci il təvəllüdlü Camalova Sevinc Mehman qızı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər. Həlak olanların hamısı Daşkəsən rayon sakinləridirlər.

Hadisə nəticəsində xəsarət alan Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Həsənova Ruhiyyə Ramiz qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər