Dəhşətli qəzada ölənlərin dördü hərbçi imiş – RƏSMİ

2914

İki minik avtomobilinin toqquşması nəticəsində hərbi qulluqçular həlak olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd hərbi qulluqçu həyatını itirib.

***

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Sumqayıtda baş verən yol qəzası ilə bağlı xəbər barədə açıqlama verib.

TƏBİB-in Mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, iki avtomobil toqquşub:

“Avtomobillərin birində dörd ölü, digərində isə bir ölü olub. Hər iki maşından bir yaralı çıxarılıb. Birinin vəziyyəti ağırdır. Digərinin vəziyyəti isə orta ağırdır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər