Dəhşətli qəzada tanınmaz hala düşən gəncin fotoları

2534

Bakıda Nobel prospektində baş vermiş dəhşətli qəzada ölənlərin kimliyi müəyyən edilib.

sumqayitxeber.com hadisə nəticəsində tanınmaz hala düşən gəncin fotolarını əldə edib.

Hadisə nəticəsində həlak olanlar – sürücü, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əzimov Anar Emil oğlu, Qəbələ rayonu Aydınqışlaq kənd sakini, 1991-ci il təvəllüdlü Bilalov Hafiz Cəlaləddin oğlu, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədsadıqov Həsən Hüseyn oğlu və Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri, Zabrat qəsəbə sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Nurlan Mətləb oğludur.

Nobel prospektində 99-MH-441 dövlət qeydiyyat nömrəli “Hyundai” markalı avtomobil sürət həddini aşıb və elektrik dirəyinə çırpılıb.

Nəticəsində maşının arxa təkəri partlayıb və iki hissəyə ayrılıb. Həmin vaxt cəsədlər maşından çölə çıxıb.

sumqayitxeber.com qəza nəticəsində dünyasını dəyişən Qəbələ rayonu Aydınqışlaq kənd sakini, 1991-ci il təvəllüdlü Bilalov Hafiz Cəlaləddin oğlunun fotolarını təqdim edir:

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər