“Delta” ştammı ilə necə mübarizə apara bilərik? – HƏKİM QAYDALARDAN DANIŞDI

347

“Covid 19-un müxtəlif ştamlarının Azərbaycana gəlməsi ehtimalı hər zaman var”. Bunu SİA-ya açıqlamasında deputat, həkim Müşfiq Məmmədli deyib.

Deputat qeyd edib ki, çünki biz qlobal dünyada yaşayırıq və insanların bir-biri ilə təması və əlaqəsi vardır: “Bu baxımdan bu risk hər zaman vardır. Bu risklərə görə peyvəndləmənin önəmini daim vurğulayırıq. Yeganə silahımız qoruyucu vasitələrdən istifadə etmək və vaksinasiya olunmaqdır. Vaksinasiyanı sürətli həyata keçirdikcə yoluxma azalacaq. Hətta bilirsiniz ki, vaksinasiya müxtəlif modifikasiyaya uğramış virus ştamlarına qarşı insanların immunitetini və dözümlülüyünü artırır. Daha sonra xatırladıcı doza almaqla yenidən immuniteti möhkəmləndirmək olar. Bu baxımdan vaksinasiyanın önəmi çox vacibdir. Bu yolla “Delta” ştammına qarşı mübarizə apara bilərik. Təbii ki, dövlət və dövlətin müvafiq strukturları epidemioloji vəziyyəti nəzarətdə saxlayır. Əgər epidemioloji vəziyyətdə müəyyən problemlər meydana gəlsə, müvafiq şəkildə addımlar atılacaq ki, insanların həyatı və sağlamlığı təhlükə altında qalmasın. “Delta” və “Delta+” ştamlarında yoluxuculuq ehtimalı yüksək olur. Statistik hesabatlar onu göstərir ki, digər variantlara görə ağırlaşma ehtimalı daha yüksək olur. “Delta” variantı ilə bağlı məlumatlar müəyyən sərhədlər daxilindədir. Çünki tədqiqatlar az aparılmışdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər