Sumqayıt şəhərində 75 yaşlı qadın dəm qazından boğulub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.
Hadisə bu gün Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 10/24, mənzil 39-da qeydə alınıb. Həmin ünvanda yaşayan, 1935-ci il təvəllüdlü Adilə Məmmədova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Onun meyiti hadisə baş verəndən xeyli sonra ailə üzvləri tərəfindən aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.