“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirilib

999

Beynəlxalq Sahilyanı Təmizlik Günü və çimərlik mövsümünün başa çatması ilə əlaqədar “Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında Sumqayıt şəhərinin Corat qəsəbəsinin dəniz sahilində təmizlik aksiyası keçirilib.

İməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, BMT-nin İnkişaf Proqramının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ), beynəlxalq təşkilatların, “Özün yarat” müsabiqəsinin, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin və “AzEkol” şirkətinin nümayəndələri iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən  bildiriblər ki, aksiya zamanı 5 hektardan artıq sahil zolağı plastik və digər tullantılarından təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi konteynerlər yerləşdirilib.

Tədbirin keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər