Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ

538

“Toy və yas mərasimləri ilə bağlı qanunların qəbul olunması tez-tez gündəmə gəlir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

 

Bunun “Mədəniyyət haqqında” qanunla tənzimlənə biləcəyini qeyd edən deputat bildirib ki, yas mərasimlərində daim ciddi israfçılıq olub: “Pandemiya bitəndən sonra bu, yenə davam edəcək. Pandemiya bitməmiş biz bu məsələləri tənzimləməliyik. Heç kim ehsan yarışına girməsin. Pandemiyadan əvvəl istər toy, istərsə də yas mərasimlərində sona qədər oturmaq olmurdu. Bu sahəyə nizam-intizam gətirməyin zamanıdır. İndi yaxşı fürsət yaranır ki, biz bunu edək”.

 

Deputat havaların isinməyə başladığını qeyd edərək, açıq havada toylara icazə verilməsini təklif edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər