Bu gün Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının binasında deputat Müşfiq Məmmədli 44 saylı Sumqayıt – Xızı seçki dairəsinin seçiciləri ilə qəbul keçirib.
Sumqayitxeber.com xəbər verir ki, qəbula gələn vətəndaşlar müxtəlif mövzularda məşğulluq, sağlamlıq, təhsil, kommunal ilə bağlı müraciətlər ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb. Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər M.Məmmədli tərəfindən nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılması üçün qeydiyyata alınıb.