Deputat: “Peyvənd bölgüsü ilə dünyadakı mənzərə çox acınacaqlıdır”

651
Azərbaycan dünya əhalisinin vaksinlə ədalətli şəkildə bölünməməsinə qarşıdır və hər zaman buna qarşı çıxıb. Cənab Prezident İlham Əliyev bu məsələni həm beynəlxalq tədbrilərin tribunasında, həm beynəlxalq təşkilatların, həm də xarici ölkə rəsmiləri və media nümayəndələri ilə görüşündə dəfələrlə qaldırıb.

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada haqq və ədalətin tərəfdarı olub və bu ümumbəşəri dəyərlərə pandemiya dövründə də sadiqliyini nümayiş etdirib. “Cənab Prezident bu məsələni  Ümumdünya Səhiyyə Assambleyasının 2021-ci il 31 may tarixində keçirilmiş 74-cü sessiyasında da dünya ictimaiyyətinin diqqətinə çatdıraraq narahatlığını ifadə etməklə, vaksin bölgüsündəki ədalətsizliyi pisləyib. Bəzi inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan və yoxsul ölkələrə yardım edib, koronavirusa qarşı mübarizədə öz töhfələrini vermək əvəzinə, ehtiyaclarından 2-3 dəfə artıq vaksini ölkələri üçün alması heç cür anlaşılan deyil. Bununla da həmin ölkələr digər dünya ölkələrini vaksini əldə etmək imkanından məhrum etməklə insanların sağlamlığını qorumaq  məhrumiyyətini yaşatmış olurlar”- deyə deputat qeyd edib.

O əlavə edib ki, Azərbaycan belə ölkələrin bu addımını pisləyib və buna qarşı çıxaraq, peyvəndin ədalətli bölgüsünün tərəfdarı kimi çıxış edib: “Azərbaycan peyvəndin ədalətsiz bölgüsünü  “peyvənd millətçiliyi” adlandıraraq, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlikdən narahatlığını ifadə edib.  Peyvənd bölgüsü ilə dünyadakı mənzərə çox acınacaqlıdır. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşür ki, bu da yolverilməz haldır.  Problemə bu cür yanaşma isə qlobal pandemiyaya qarşı mübarizəni effektsiz edir.  Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti bir daha  beynəlxalq aləmi pandemiyaya qarşı effektiv mübarizə aparmaq üçün həmrəylik nümayiş etdirməyə çağırır və bundan sonra da bu mövqeni sərgiləyəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər