“Sumqayıt daha dinamik inkişaf edən bölgəyə çevrilsə də, şəhərdə müəyən problemlər hələ də qalır”.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Müşfiq Məmmədli deyib.
O bildirib ki, Sumqayıtın iqtisadi cəhətdən inkişaf etməsi orada ekoloji problemlərin yaranmasına səbəb olur:
“Belə ki, orada məişət tullantıları böyük ekoloji problemlərə gətirib çıxarır ki, bu da insanların haqlı narazılığına səbəb olur”, – deyə M.Məmmədli əlavə edib.
Millət vəkili təklif edib ki, Sumqayıtda tullantıların emal edilməsi zavodunun yaradılması istiqamətində addım atılsa, problem həllini tapar.