Deputatdan maraqlı təklif: “Həftənin bir günü avtomobildən imtina edək”

902

Milli Məclisin deputatı Emin Hacıyev maraqlı təklif irəli sürüb.

Bu barədə Modern.az-a danışan deputat bildirib ki, bu təklifi irəli sürməkdə məqsədi havanın çirklənməsinin qarşısını almaqdan ibarətdir.

“Havanın çirklənməsinin qarşısını almaq və avtomobil sıxlığını müvəqqəti aradan qaldırmaq məqsədilə həftənin bir günü “Avtomobilsiz bir gün” aksiyasına – ekoloji hərəkata start verməyi təklif edirəm”.

Həmçinin deputat qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd Bakı və Sumqayıtda diqqəti atmosferin zərərli maddələrlə çirklənməsinə və qlobal istiləşməyə yönəltməkdir.

Məlumat üçün bildirək ki, aksiya zamanı sürücülərə şəxsi avtomobildən bir günlüyə imtina edərək, əvəzində ictimai nəqliyyatdan və velosipeddən istifadə etmək, yaxud da, piyada gəzmək təklif olunur. Həmin gün ancaq, xüsusi təyinatlı avtomobillər – təcili tibbi yardım, yanğından mühafizə və təhlükəsizlik xidməti işçiləri əhalinin qayğısına qalmaq məqsədilə bu aksiyaya qoşulmurlar.

Xatırladaq ki, avtomobildən imtina günü ilk dəfə 1998-ci ildə Fransada keçirilib. Bəzi mənbələrdə dünyada avtomobilsiz gün ənənəsinin əsası 1997-ci ildə İngiltərədə qoyulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər