Biz qısa müddət ərzində addımlar atmasaq onda digər ölkələrin,valyutaların təsirinə məruz qalacağıq
Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda rəqəmsal manatın təsis edilməsinin vacib olub olmaması ilə bağlı fikirlərini bölüşərkən deyib.
O bildirib ki, rəqəmsal manat üçün də infrastruktur olmalıdır.Burada şəbəkə olmalıdır ,şəbəkənin təhlükəsizliyi olmalıdır,məlumatlartın saxlanılacağı baza olmalıdır. Məlumatların təhlükəsizliyi necə qorunacaq indentifikasiya nə formada olacaq bütün bunlar dəqiqləşdirilməlidir. Bütün bunlarla bağlı texniki tələblər var. Bu texniki tələblər üçün infrastruktur işi görülməlidir.
Tahir Mirkişili Azərbaycanın rəqəmsal manatın yaradılması və bu istiqamətdə həyata keçirməli olduğu tədbirlərə də toxunaraq ” Qısa müddət ərzində biz addımlar atmasaq onda digər ölkələrin ,digər valyutaların təsirinə məruz qalacağıq. Bu istiqamətdə addımlar sürətlənməlidir daha ciddi addımlara ehtiyac var.Daha geniş təhlillər aparılmalıdır.Hətta pilot formada olsa belə bu layihələrin başlanılmasına və bunun nəticəsinin təhlil olunmasına ciddi ehtiyac var.”-deyə qeyd edib.