Deputatların bazar günü: “Əgər qələm baş alıb gedirsə, heç nə yada düşmür”

1114

Həftənin istirahət vaxtı bazar gününə təsadüf etdiyindən insanlar zamanını ailəyə, yaxınlarına sərf edir. Çünki bazar günü bir çox qurumlar işləmir. Bütün təhsil ocaqları bağlı olur. Deməli, bazar gününü hər kəs bir cür keçirir. Kimi evdə oturmağa, kimi də açıq səmada olmağa üstünlük verir.
Bəs Milli Məclisin çalışqan deputatları bazar gününü necə keçirir?
Sumqayitxeber.com Modern.az saytına istinadən  “Deputatların bazar günü” rubrikasını təqdim edir.

33 saylı Xətai birinci seçki dairəsindən seçilən deputat Hüseynbala Mirələmov daha bazar günlərini daha çox oxumağa və yazmağa həsr etdiyini deyir.

“Adətən kitab oxuyarkən və yazı yazarkən səhər saatlarında, saat 5 də yuxudan dururam. İş vaxtım sübh çağından başlayır. Hazırda “İki şah və iki sultan” trilogiyasının üçüncü kitabı üzərində işləyirəm. İşləmə prosesi çox aqır gedir. On dördüncü və on beşinci əsrlər ziddiyətlərlə doludur. Çalışıram ki, bunları araşdırım. Bazar günləri bir çox insanlar xüsusi istirahətə üstünlük verirlər. Məndə isə fərqlidir. Əgər qələm baş alıb gedirsə, heç nə yadıma düşmür. Qələm inadkarlıq edib susursa, o zaman  idman edirəm və ya digər işlərlə məşğul oluram. Yazı işlərinə üstünlük verməyimə baxmayaraq, nəvələrimi çox sevirəm. Arada dərslərinə kömək edirəm.  Çox istəyirəm ki, riyaziyyat elmini dərindən öyrənsinlər. Nəvələrim mən çalışan zaman mane olmurlar”.

42 saylı Sumqayıt ikinci seçki dairəsindən seçilən deputat Tahir Mirkişili isə iqtisadçı olduğundan bazardakı qiymətlərə nəzər yetirməyi unutmur.

“Bazar gününü adətən ailəyə və ev qayğılarına həsr etməyə üstünlük verirəm. O cümlədən  səhər idmanla məşğul oluram. Daha sona bazara gedib meyvə almaq ən sevdiyim işlərdən biridir. Həm də bazardakı qiymətləri, yerli məhsulların bazardakı payını öyrənirəm. Uşaqlarla bir yerdə şəhərdə piyada gəzmək, kinoteatra gedib film izləmək də bazar gününə təsadüf edir. Xüsusi bir tədbir olmazsa, axşamlar kitab oxumaq, mütaliə etmək ilə bazar gününü başa vururam”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər