Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən parlament seçkilərində namizədi Emin Hacıyevin şəhərin 9-cu mikrorayonunun seçiciləri ilə görüşü keçirilib. Tədbirdə çıxış edən namizədin vəkilləri bildiriblər ki, Azərbaycanın əldə etdiyi inkişaf ölkəmizin regionun lider dövlətinə çevrilməsinə şərait yaradıb. Bildirilib ki, iqtisadi inkişafımız hər evdə, hər ailədə yaşamımıza müsbət təsir göstərir. Qeyd olunub ki, YAP hər zaman Milli Məclisdə sosial-siyasi inkişafımızı özündə ehtiva edən, eləcə də insan hüquqlarının qorunması, sosial təminatın yüksəldilməsi yönümündə qanun layihələrinin hazırlanmasında aktiv rol oynayır. Görüşdə seçicilərin bu seçkilərdə də YAP-ın namizədlərini dəstəkləyəcəyinə inam ifadə olunub.
Tədbirdə çıxış edən YAP-ın 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən parlament seçkilərində namizədi Emin Hacıyev Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə yeni iş yerlərinin açıldığını bildirib. E.Hacıyev yaxın perspektivdə Sumqayıtın daha yüksək inkişafına şahid olacağımızı bildirib. Namizəd aparılan uğurlu inkişafın davamlılığı üçün seçiciləri “Daha güclü Azərbaycan naminə” YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən seçicilər fevralın 9-da Emin Hacıyevə səs verəcəklərini bildiriblər.