Deputatlığa namizəd Emin Hacıyev sumqayıtlı gənc seçicilərlə görüşüb

1019

Yeni Azərbaycan Partiyasının (YAP) 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədi Emin Hacıyev Sumqayıtlı gənc seçicilərlə görüşüb. Gənclər Gününə təsadüf edən görüşdə Xalq artistləri Murad Dadaşov, Tünzalə Ağayeva, tanınmış aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, yazıçı Günel Anarqızı, “Həyat Fondu”-nun rəhbəri Nuran Hüseynov, Karate idman növü üzrə 5 dəfə dünya, 11 dəfə Avropa çempionu Rafael Ağayev, Sumqayıt Dövlət Universitetinin müəllimi, dosent Elmar Xəlilov, Sumqayıtlı gənc şair Elvin Əlizadə, Sumqayıtın olimpiyaçıları Fuad Aslanov və Şahin İmranov iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs açıblar. Bildirilib ki, “Gənclər günü” MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz ölkəmizdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və Sərəncamı ilə təsis olunub.

Çıxış edən YAP-ın namizədi Emin Hacıyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Sumqayıtı istedadlı gənclər şəhəri adlandırırdı. Gənclər Gününün məhz Ulu Öndərimizin bizə  hədiyyəsi olduğunu söyləyən E.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində bu gün yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik formalaşıb. O, seçiciləri arasında da istedadları, intellektləri, zəhmətkeşlikləri ilə seçilən gənclər üstünlük təşkil etdiyini vurğulayıb və qeyd edib ki, seçicilər etimad göstərib onu millət vəkili seçəcəyi təqdirdə həmin gənclərin inkişafı istiqamətində sıx fəaliyyət göstərəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər