Dəqiq, qərəzsiz və vicdanlı…

1236
Yaxud “Sizin məşuqəniz varmı?”
Bu ölkədə ən kasıb insanın da cibində ən azı bir mobil telefon, evində isə köhnə də olsa bir televizor mütləq var. Bu ölkədə ən kasıb insan da əlinə imkan düşən kimi mütləq bir “tarelka” antenn alıb eyvanına bərkidir ki, canını milli məzhəkə televiziyalarından qurtarsın. Vay o adamların halına ki, bir “tarelka” almağa da imkanı çatmır. O zaman məcburdur gic seriallara, əttökən verilişlərə, hər gün ekrandan evlərə soxulan, bəli məhz soxulan bəzi simasız aparıcılara baxsın, onların meymun kimi əl-qol atmasına, şit-şit gülüşlərinə, qəfildən çıxardıqları Tarzana bənzər əcaib səslərinə qulaq assın. Bizim də əlimizdən yazmaq gəlir, amma nə qədər yazırıq, başa salmağa, normal televiziya necə olmalıdır izah etməyə çalışırıqsa xeyri yoxdur, kor tutduğunu buraxmadığı kimi bunlar da “çevir tatı, vur tatı” elə hər gün eyni qaydada, eyni səviyyəsiz, gic və düşük mövzuları müzakirəyə çıxarırlar, biz tənqid etməkdən, bunlar isə tamaşaçının zəhləsini tökməkdən yorulmurlar. Amma əsas budur ki, tənqiddən nəticə çıxarmasalar da açıq-aşkar etiraz da etmirlər, yəni bir növ fikrimizin, yazdıqlarımızın həqiqiliyini qəbul etmiş olurlar. Bu özü də müsbətə doğru bir addım kimi sevindiricidir.
Ötənlərdə televiziya haqqında geniş bir yazı yazdım, fikirlərimlə razılaşanlar da oldu, razılaşmayanlar da. Amma razılaşmayanlar bilirsiz nəyə irad bildirirdilər? ANS-in “Günəbaxan” verilişi və onun özünü Turan İbrahimov kimi təqdim edən məlum aparıcısı haqqında çox yumşaq tənqidi fikirlər yazdığıma görə. Oxucu tamaşaçı kimi daha sərt və kəskin tənqid gözləyirmiş. Ona görə də, indi Turanın məlum “köynək qalmaqalı”na görə bir növ özümü günahkar bilirəm ki, əgər o vaxt oxucunun arzu etdiyi kimi yazsaydım bəlkə də Turan nəticə çıxarardı. Amma bu yandan da özümə təskinlik verirəm ki, Turan nəticə çıxaran olsaydı, məndən qabaq o qədər tənqidlər olub ki, onlardan nəticə çıxarardı. Yəqin nəticə çıxarmaq sərf eləmir, sərfəli olanı tez eləyirlər axı. ANS onsuz da həmişə özünə sərf edən açıqlama verir. Məsələn, həmişə adət-ənənədən, düzlükdən, haqq-ədalətdən, bir sözlə müsbət cəhətlərdən danışan, başqalarının gözündə tük axtaran Mirşahin Lent.az-a deyib ki, “Adətən aparıcı efirə çıxarkən, onun geyimi üzərində hansısa firmanın brendi olarsa, ona təbii ki, reaksiya göstəririk. Turan bu maykada çıxarkən əməkdaşlarımız elə biliblər ki, adi yazıdır, onu efirə buraxıblar. Sonra bizə mesajlar gəldi ki, bəs maykanın üzərində yazılanlara diqqət edin. Turan da belə izah etdi ki, siz yazının bu tərcüməsini yox, başqa tərcüməsini nəzərə alın, yəni yazının sonu türk dilinə “sevgilim ol”, “məşuqəm ol” kimi tərcümə olunur. Yəni, “fahişəm ol” söhbəti deyil.” Mirşahinin Azərbaycan dilini gözəl bildiyinə heç bir şübhəsi olmayan hər kəsi indi bir sual düşündürə bilər ki, siz niyə  ifadəni Azərbaycan dilinə deyil, məhz türk dilinə tərcümə edirsiniz, əgər türk dili deyəndə yazdığımız və danışdığımız dili nəzərdə tutursunuzsa bu da Konstitusiyamıza uyğun deyil və ziddir, çünki Konstitusiyamızda yazılıb ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Hətta Anadolu türkcəsinin özündə də məşuqənin özünə belə “sən mənim məşuqəmsən” demirlər və özünə hörmət edən heç bir qadın ona “məşuqə” deyə müraciət olunmasına dözməz. Deməli belə məlum olur ki, Turan əgər sinəsində “Gilan”, “Azərcell”, yaxud “Akkord” yazılmış bir köynəklə çıxsa  ona dərhal reaksiya verilərdi ki, birdən reklam olar, amma sinəndə evdə gündəlik olaraq işlətdiyin hansı sözü istəyirsən yaz çıx, sənə deyən olmayacaq ki, axı xalqın qarşısına çıxırsan, bu televiziyaya kanalları dəyişərkən qadın da, uşaq da, ruhani də, bir sözlə hər kəs baxa bilər. Mənim bildiyim Azərbaycan dilində “məşuqə” gözəl söz deyil  Amma kimin üçünsə bu yaxşı ifadədirsə o zaman “Sizin məşuqəniz varmı” soruşmaq olar, baxmayaraq ki, belə sualların cavabı gecə kimi qaranlıq qalacaq. Ümumiyyətlə ölkədə söz azadlığı olmasına baxmayaraq televiziyalar bundan peşəkarcasına istifadə edə bilmirlər. Məişət problemlərini primitiv qaydada, hətta rüsvayedici şəkildə müzakirəyə çıxarmaqdansa insanların sosial problemlərini işıqlandırmaq daha yaxşı olardı. Çünki elə dövlət orqanlarının özünə də maraqlı olar ki, onların yerlərdəki nümayəndələri, yerli şöbələri necə işləyir, vətəndaşlarla necə davranır. Əgər belə verilişlər olsa onda Prezident bölgələrə səfər edəndə hüququ pozulmuş vətəndaşın Dövlət başçısına şikayət məktubu təqdim etməsinə də ehtiyac qalmaz. Yoxsa ki, Elgizin mənasız cümə axşamı, Turanın “Günə baxan”ı ilə elə ancaq günə baxa-baxa qalmaq olar, amma gündəmə baxmaq, tamaşaçı sevgisi qazanmaq olmaz. Əgər məqsəd tamaşaçı sevgisi qazanmaq deyil, efir vaxtını doldurmaqdırsa o zaman belə də davam edin.
Televiziya qeybət yeri deyil, xalqın maarifçilik ocağı olmalıdır. ANS-in “Ağıl dəryası” verilişi daha maraqlıdır, nəinki Gülnarə Məmmədovanın təqdimatında “Sehrli çıraq” verilişi. Məncə Lider televiziyasının bu verilişi efirə buraxmaması Azərbaycan televiziya tarixində çox böyük xidmət, tamaşaçı zövqünə böyük diqqətin nümunəsidir. Gülnarənin yeri isə intellektual veriliş deyil, “Qonaqlıq”da soğan soymaq, Əlikram Bayramovun səsinin incə variantı ilə şit zarafatlar etməkdir. Azərbaycan tamaşaçısı axı dekorasiyaları darıxdırıcı olan, aparıcısı ortada fırlanıb özünü nümayiş etdirərək “Cin, Xuraman gözəldir, yoxsa mən?” deyən, əlini falçılar kimi boş qaba sürtüb “Cin, nə olar tamaşaçını sevindir” söyləyən “Sehrli çıraq” kimi verilişdən nə qazana bilər? Məncə heç nə. Ona görə də bir tamaşaçının az qala üç dəfə qalib olduğu bu verilişə daha çox kilolu insanlar tamaşa edir. Ümumiyyətlə, bu gün Azərbaycan teleməkanında “Ağıl dəryası istisna olmaqla demək olar ki, intellektual yarışma praqramı yox dərəcəsindədir. Fəqət “Ağıl dəryası”nın da vaxtı düzgün seçilməyib. Bazar günü istirahət günü olduğundan əksər insanlar həmin gün yuxudan çox gec dururlar, hansısa məktəbli lap tez qalxsa belə onun səhər tezdən saat 10-da birbaşa intellektual yarışma verilişini izləməsi istənilən müsbət nəticəni verə bilməz. Televiziya tamaşaçı ilə işləsə belə olmaz. “Ağıl dəryası” çox gözəl ideyadır və onun nə zaman efirə getməsinin daha münasib olduğunu öyrənmək üçün məhz məktəblərdə kiçik bir sorğu keçirmək lazımdır ki, qoy tamaşaçı özü məhsulu nə vaxt seyr etmək istədiyini seçsin. Sorğu keçirmək, marketinglə məşğul olmaq, tamaşaçının hansı verilişləri izləmək istədiyini öyrənmək, ondan sonra televiziya məhsulunu istehsal edib ortaya qoymaq lazımdır. Dünyanın nəinki qabaqcıl televiziyaları, hətta qonşu Türkiyənin “Ordu”, “Qaradəniz” və s. əyalət telekanallları da bu cür işləyirlər. Yoxsa kim nə istəsə, nə zaman istəsə efirə versə onda nəticə də bu günki kimi olar. Bu gün televiziyanın bir problemi də budur ki, telekanallarda dəqiq bir iş bölgüsü yoxdur. Bu günlərdə “Xəzər tv”-nin xəbər aparıcılarından birini əlində mikrofon hansısa qonağa aeroportda sual verən gördüm. Azərbaycanda bütün telekanallarda belədir. Moderator xəbərin təqdimatını edir və izləyəndə görürsən ki, yenə də elə həmin adam danışır. Bu təcrübə ancaq Azərbaycana xasdır ki, xəbər aparan həm də reportyorluq eləsin. Əslində isə televiziyada hər kəsin öz yeri, öz işi olmalıdır. Əgər aparıcı həm prodüsserlik, həm reportyorluq edib, həm də montaj işinə baxacaq, sonda da xəbər moderatorluğu edəcəksə onda təbii ki, yüksək keyfiyyətdən danışmağa dəyməz. Televiziyada adi müxbir də “Brabus”da, “BMW” motosilklində işə gedib-gəlsə, avtobusda, metroda basa-basa düşməsə, ayaqqabısının tapdalanıb eybəcər vəziyyətə düşəcəyindən narahat olub kefi korlanmasa efirə də yüksək əhval ruhiyyə ilə çıxar, tamaşaçıya da müsbət enerji ötürər.
“Ay Zaur”, “Yağ kimi, “Qonaqlıq”, “El içində”, “İncə maraqlar” və s bu tip duzsuz verilişlər tamaşaçıya yaxşı heç nə aşılamır, əksinə onun zövqünü, əsəblərini korlayır, beynini yorur. “El içində” bu gün artıq elə bir nöqtəyə çatıb ki, onunla “Yağ kimi” arasında heç bir fərq qalmayıb. “Ay Zaur” isə artıq veriliş deyil, əttökən qeybət yığnağıdır. Təsadüfən belə verilişlərə baxanda yadıma Çin, Koreya istehsalı olan avtomobillərə olan münasibətim düşür. Həmişə sabun qabına bənzəyən bu avtomobillərə baxanda düşünürəm ki, görəsən bunları istehsal edəndə özləri əvvəlcə baxmır ki, bunun keyfiyyəti bir yana dursun, gözəlliyi də yoxdur? İndi eyni sualı bu televiziyalara da ünvanlamaq olar ki, balam, siz bu qeybət proqramlarınızın video yazısına özünüz heç olmasa bir dəfə baxmısınızmı? Baxın, onda özünüz deyə bilmədiyimiz daha çox nöqsanları hiss edəcəksiniz. Amma buna ümid azdır. Vaxt vardı “Elmlər Akademiyası” metrosundan Şəhidlər Xiyabanı istiqamətində hərəkət edən avtobusların konduktorları “Texniki Universitet, Space Tv, Əzizbəyov heykəli” qışqırırdılar, amma xeyli vaxtdır ki, “Texniki Universitet, kinostudiya, Əzizbəyov heykəli” qışqırırlar. Məncə televiziyanın rəhbərliyi ictimai nəqliyyatdan istifadə etmədiyindən bu nüansdan xəbərsizdir, yoxsa nəzərə alıb bir-iki keyfiyyətli müəllif proqramının hazırlanmasına imkan yaradardı. Səhərin gözü açılmamış insanları üstü boş stolların ətrafına toplayıb onlara fonoqramlı konsert verən “Hər səhər”, maraqsız söhbətlərlə yadda qalan “Kiçik Qala” kimi verilişlərdənsə Mehriban Ələkbərzadənin Azərbaycan tarixinin əyani öyrədilməsinə yönəlik  müəllif proqramı, yaxud siyasətdən uzaq, daha çox publisistik veriliş kimi tanınan “Gecə kanalı”nın efirə getməsi daha yaxşı olardı.
İndi kimlərsə özlərinə haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirəcək, bizlik deyil deyəcəklər. Amma az-çox dünyagörüşü olan hər kəs bilir ki, əgər telekanal rəhbərləri istəsələr siyasətdən kənar o qədər maraqlı verilişlər təqdim edə bilərlər ki… Təbii ki, əgər istəsələr. Televiziyada indi də aparıcı olan tanışlarımdan biri danışır ki, “bir dəfə verilişin ortasında redaktor qulağıma dedi ki, bəs “zamokun açıqdır, reklam elan elə, çıx qırağa bağla”, ondan sonra həyəcan məni boğdu ki, yəqin indi məni ya danlayacaq, ya da işdən atacaqlar, amma əksinə oldu, bundan sonra daha diqqətli olacağımı bildirəndə dedilər ki, “narahat olma, deməli veriliş baxılan verilişdir ki, tamaşaçı zamoka da diqqət yetirir”. Məncə bu teleməkanın hansı vəziyyətdə olduğunu təsvir etmək üçün kifayətdir. Sonra da deyirlər ki, tamaşaçının dəqiq, qərəzsiz və vicdanlı olmasını arzu edirik. Cənablar, tamaşaçının dəqiq, qərəzsiz və vicdanlı olmasını arzu etmək yox, ona dəqiq, qərəzsiz və vicdanlı məhsul təqdim etmək lazımdır. Zatən tamaşaçı istehlakçı olduğu üçün həmişə haqlıdır, elə deyilmi

bff50f870341Xanlar Xoca

xanlarxoca@gmail.com

Yaxud “Sizin məşuqəniz varmı?”

Bu ölkədə ən kasıb insanın da cibində ən azı bir mobil telefon, evində isə köhnə də olsa bir televizor mütləq var. Bu ölkədə ən kasıb insan da əlinə imkan düşən kimi mütləq bir “tarelka” antenn alıb eyvanına bərkidir ki, canını milli məzhəkə televiziyalarından qurtarsın. Vay o adamların halına ki, bir “tarelka” almağa da imkanı çatmır. O zaman məcburdur gic seriallara, əttökən verilişlərə, hər gün ekrandan evlərə soxulan, bəli məhz soxulan bəzi simasız aparıcılara baxsın, onların meymun kimi əl-qol atmasına, şit-şit gülüşlərinə, qəfildən çıxardıqları Tarzana bənzər əcaib səslərinə qulaq assın. Bizim də əlimizdən yazmaq gəlir, amma nə qədər yazırıq, başa salmağa, normal televiziya necə olmalıdır izah etməyə çalışırıqsa xeyri yoxdur, kor tutduğunu buraxmadığı kimi bunlar da “çevir tatı, vur tatı” elə hər gün eyni qaydada, eyni səviyyəsiz, gic və düşük mövzuları müzakirəyə çıxarırlar, biz tənqid etməkdən, bunlar isə tamaşaçının zəhləsini tökməkdən yorulmurlar. Amma əsas budur ki, tənqiddən nəticə çıxarmasalar da açıq-aşkar etiraz da etmirlər, yəni bir növ fikrimizin, yazdıqlarımızın həqiqiliyini qəbul etmiş olurlar. Bu özü də müsbətə doğru bir addım kimi sevindiricidir.

Ötənlərdə televiziya haqqında geniş bir yazı yazdım, fikirlərimlə razılaşanlar da oldu, razılaşmayanlar da. Amma razılaşmayanlar bilirsiz nəyə irad bildirirdilər? ANS-in “Günəbaxan” verilişi və onun özünü Turan İbrahimov kimi təqdim edən məlum aparıcısı haqqında çox yumşaq tənqidi fikirlər yazdığıma görə. Oxucu tamaşaçı kimi daha sərt və kəskin tənqid gözləyirmiş. Ona görə də, indi Turanın məlum “köynək qalmaqalı”na görə bir növ özümü günahkar bilirəm ki, əgər o vaxt oxucunun arzu etdiyi kimi yazsaydım bəlkə də Turan nəticə çıxarardı. Amma bu yandan da özümə təskinlik verirəm ki, Turan nəticə çıxaran olsaydı, məndən qabaq o qədər tənqidlər olub ki, onlardan nəticə çıxarardı. Yəqin nəticə çıxarmaq sərf eləmir, sərfəli olanı tez eləyirlər axı. ANS onsuz da həmişə özünə sərf edən açıqlama verir. Məsələn, həmişə adət-ənənədən, düzlükdən, haqq-ədalətdən, bir sözlə müsbət cəhətlərdən danışan, başqalarının gözündə tük axtaran Mirşahin Lent.az-a deyib ki, “Adətən aparıcı efirə çıxarkən, onun geyimi üzərində hansısa firmanın brendi olarsa, ona təbii ki, reaksiya göstəririk. Turan bu maykada çıxarkən əməkdaşlarımız elə biliblər ki, adi yazıdır, onu efirə buraxıblar. Sonra bizə mesajlar gəldi ki, bəs maykanın üzərində yazılanlara diqqət edin. Turan da belə izah etdi ki, siz yazının bu tərcüməsini yox, başqa tərcüməsini nəzərə alın, yəni yazının sonu türk dilinə “sevgilim ol”, “məşuqəm ol” kimi tərcümə olunur. Yəni, “fahişəm ol” söhbəti deyil.” Mirşahinin Azərbaycan dilini gözəl bildiyinə heç bir şübhəsi olmayan hər kəsi indi bir sual düşündürə bilər ki, siz niyə  ifadəni Azərbaycan dilinə deyil, məhz türk dilinə tərcümə edirsiniz, əgər türk dili deyəndə yazdığımız və danışdığımız dili nəzərdə tutursunuzsa bu da Konstitusiyamıza uyğun deyil və ziddir, çünki Konstitusiyamızda yazılıb ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Hətta Anadolu türkcəsinin özündə də məşuqənin özünə belə “sən mənim məşuqəmsən” demirlər və özünə hörmət edən heç bir qadın ona “məşuqə” deyə müraciət olunmasına dözməz. Deməli belə məlum olur ki, Turan əgər sinəsində “Gilan”, “Azərcell”, yaxud “Akkord” yazılmış bir köynəklə çıxsa  ona dərhal reaksiya verilərdi ki, birdən reklam olar, amma sinəndə evdə gündəlik olaraq işlətdiyin hansı sözü istəyirsən yaz çıx, sənə deyən olmayacaq ki, axı xalqın qarşısına çıxırsan, bu televiziyaya kanalları dəyişərkən qadın da, uşaq da, ruhani də, bir sözlə hər kəs baxa bilər. Mənim bildiyim Azərbaycan dilində “məşuqə” gözəl söz deyil  Amma kimin üçünsə bu yaxşı ifadədirsə o zaman “Sizin məşuqəniz varmı” soruşmaq olar, baxmayaraq ki, belə sualların cavabı gecə kimi qaranlıq qalacaq. Ümumiyyətlə ölkədə söz azadlığı olmasına baxmayaraq televiziyalar bundan peşəkarcasına istifadə edə bilmirlər. Məişət problemlərini primitiv qaydada, hətta rüsvayedici şəkildə müzakirəyə çıxarmaqdansa insanların sosial problemlərini işıqlandırmaq daha yaxşı olardı. Çünki elə dövlət orqanlarının özünə də maraqlı olar ki, onların yerlərdəki nümayəndələri, yerli şöbələri necə işləyir, vətəndaşlarla necə davranır. Əgər belə verilişlər olsa onda Prezident bölgələrə səfər edəndə hüququ pozulmuş vətəndaşın Dövlət başçısına şikayət məktubu təqdim etməsinə də ehtiyac qalmaz. Yoxsa ki, Elgizin mənasız cümə axşamı, Turanın “Günə baxan”ı ilə elə ancaq günə baxa-baxa qalmaq olar, amma gündəmə baxmaq, tamaşaçı sevgisi qazanmaq olmaz. Əgər məqsəd tamaşaçı sevgisi qazanmaq deyil, efir vaxtını doldurmaqdırsa o zaman belə də davam edin.

Televiziya qeybət yeri deyil, xalqın maarifçilik ocağı olmalıdır. ANS-in “Ağıl dəryası” verilişi daha maraqlıdır, nəinki Gülnarə Məmmədovanın təqdimatında “Sehrli çıraq” verilişi. Məncə Lider televiziyasının bu verilişi efirə buraxmaması Azərbaycan televiziya tarixində çox böyük xidmət, tamaşaçı zövqünə böyük diqqətin nümunəsidir. Gülnarənin yeri isə intellektual veriliş deyil, “Qonaqlıq”da soğan soymaq, Əlikram Bayramovun səsinin incə variantı ilə şit zarafatlar etməkdir. Azərbaycan tamaşaçısı axı dekorasiyaları darıxdırıcı olan, aparıcısı ortada fırlanıb özünü nümayiş etdirərək “Cin, Xuraman gözəldir, yoxsa mən?” deyən, əlini falçılar kimi boş qaba sürtüb “Cin, nə olar tamaşaçını sevindir” söyləyən “Sehrli çıraq” kimi verilişdən nə qazana bilər? Məncə heç nə. Ona görə də bir tamaşaçının az qala üç dəfə qalib olduğu bu verilişə daha çox kilolu insanlar tamaşa edir. Ümumiyyətlə, bu gün Azərbaycan teleməkanında “Ağıl dəryası istisna olmaqla demək olar ki, intellektual yarışma praqramı yox dərəcəsindədir. Fəqət “Ağıl dəryası”nın da vaxtı düzgün seçilməyib. Bazar günü istirahət günü olduğundan əksər insanlar həmin gün yuxudan çox gec dururlar, hansısa məktəbli lap tez qalxsa belə onun səhər tezdən saat 10-da birbaşa intellektual yarışma verilişini izləməsi istənilən müsbət nəticəni verə bilməz. Televiziya tamaşaçı ilə işləsə belə olmaz. “Ağıl dəryası” çox gözəl ideyadır və onun nə zaman efirə getməsinin daha münasib olduğunu öyrənmək üçün məhz məktəblərdə kiçik bir sorğu keçirmək lazımdır ki, qoy tamaşaçı özü məhsulu nə vaxt seyr etmək istədiyini seçsin. Sorğu keçirmək, marketinglə məşğul olmaq, tamaşaçının hansı verilişləri izləmək istədiyini öyrənmək, ondan sonra televiziya məhsulunu istehsal edib ortaya qoymaq lazımdır. Dünyanın nəinki qabaqcıl televiziyaları, hətta qonşu Türkiyənin “Ordu”, “Qaradəniz” və s. əyalət telekanallları da bu cür işləyirlər. Yoxsa kim nə istəsə, nə zaman istəsə efirə versə onda nəticə də bu günki kimi olar. Bu gün televiziyanın bir problemi də budur ki, telekanallarda dəqiq bir iş bölgüsü yoxdur. Bu günlərdə “Xəzər tv”-nin xəbər aparıcılarından birini əlində mikrofon hansısa qonağa aeroportda sual verən gördüm. Azərbaycanda bütün telekanallarda belədir. Moderator xəbərin təqdimatını edir və izləyəndə görürsən ki, yenə də elə həmin adam danışır. Bu təcrübə ancaq Azərbaycana xasdır ki, xəbər aparan həm də reportyorluq eləsin. Əslində isə televiziyada hər kəsin öz yeri, öz işi olmalıdır. Əgər aparıcı həm prodüsserlik, həm reportyorluq edib, həm də montaj işinə baxacaq, sonda da xəbər moderatorluğu edəcəksə onda təbii ki, yüksək keyfiyyətdən danışmağa dəyməz. Televiziyada adi müxbir də “Brabus”da, “BMW” motosilklində işə gedib-gəlsə, avtobusda, metroda basa-basa düşməsə, ayaqqabısının tapdalanıb eybəcər vəziyyətə düşəcəyindən narahat olub kefi korlanmasa efirə də yüksək əhval ruhiyyə ilə çıxar, tamaşaçıya da müsbət enerji ötürər.

“Ay Zaur”, “Yağ kimi, “Qonaqlıq”, “El içində”, “İncə maraqlar” və s bu tip duzsuz verilişlər tamaşaçıya yaxşı heç nə aşılamır, əksinə onun zövqünü, əsəblərini korlayır, beynini yorur. “El içində” bu gün artıq elə bir nöqtəyə çatıb ki, onunla “Yağ kimi” arasında heç bir fərq qalmayıb. “Ay Zaur” isə artıq veriliş deyil, əttökən qeybət yığnağıdır. Təsadüfən belə verilişlərə baxanda yadıma Çin, Koreya istehsalı olan avtomobillərə olan münasibətim düşür. Həmişə sabun qabına bənzəyən bu avtomobillərə baxanda düşünürəm ki, görəsən bunları istehsal edəndə özləri əvvəlcə baxmır ki, bunun keyfiyyəti bir yana dursun, gözəlliyi də yoxdur? İndi eyni sualı bu televiziyalara da ünvanlamaq olar ki, balam, siz bu qeybət proqramlarınızın video yazısına özünüz heç olmasa bir dəfə baxmısınızmı? Baxın, onda özünüz deyə bilmədiyimiz daha çox nöqsanları hiss edəcəksiniz. Amma buna ümid azdır. Vaxt vardı “Elmlər Akademiyası” metrosundan Şəhidlər Xiyabanı istiqamətində hərəkət edən avtobusların konduktorları “Texniki Universitet, Space Tv, Əzizbəyov heykəli” qışqırırdılar, amma xeyli vaxtdır ki, “Texniki Universitet, kinostudiya, Əzizbəyov heykəli” qışqırırlar. Məncə televiziyanın rəhbərliyi ictimai nəqliyyatdan istifadə etmədiyindən bu nüansdan xəbərsizdir, yoxsa nəzərə alıb bir-iki keyfiyyətli müəllif proqramının hazırlanmasına imkan yaradardı. Səhərin gözü açılmamış insanları üstü boş stolların ətrafına toplayıb onlara fonoqramlı konsert verən “Hər səhər”, maraqsız söhbətlərlə yadda qalan “Kiçik Qala” kimi verilişlərdənsə Mehriban Ələkbərzadənin Azərbaycan tarixinin əyani öyrədilməsinə yönəlik  müəllif proqramı, yaxud siyasətdən uzaq, daha çox publisistik veriliş kimi tanınan “Gecə kanalı”nın efirə getməsi daha yaxşı olardı.

İndi kimlərsə özlərinə haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirəcək, bizlik deyil deyəcəklər. Amma az-çox dünyagörüşü olan hər kəs bilir ki, əgər telekanal rəhbərləri istəsələr siyasətdən kənar o qədər maraqlı verilişlər təqdim edə bilərlər ki… Təbii ki, əgər istəsələr. Televiziyada indi də aparıcı olan tanışlarımdan biri danışır ki, “bir dəfə verilişin ortasında redaktor qulağıma dedi ki, bəs “zamokun açıqdır, reklam elan elə, çıx qırağa bağla”, ondan sonra həyəcan məni boğdu ki, yəqin indi məni ya danlayacaq, ya da işdən atacaqlar, amma əksinə oldu, bundan sonra daha diqqətli olacağımı bildirəndə dedilər ki, “narahat olma, deməli veriliş baxılan verilişdir ki, tamaşaçı zamoka da diqqət yetirir”. Məncə bu teleməkanın hansı vəziyyətdə olduğunu təsvir etmək üçün kifayətdir. Sonra da deyirlər ki, tamaşaçının dəqiq, qərəzsiz və vicdanlı olmasını arzu edirik. Cənablar, tamaşaçının dəqiq, qərəzsiz və vicdanlı olmasını arzu etmək yox, ona dəqiq, qərəzsiz və vicdanlı məhsul təqdim etmək lazımdır. Zatən tamaşaçı istehlakçı olduğu üçün həmişə haqlıdır, elə deyilmi?

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • BAHAR
    Mart 28, 2010 - 21:05

    TURAN LAP AGIN CIXARDIB.DINDEN,NAMAZDAN DEM VURUR HER DEFE,AMMA HEREKETLERINE BAXANDA IYRENIREM MEN.INSAN OZUNU NE QEDER SEVERMIS AY ALLAH.O “KOYNEK QALMAQALI” LAP DEHSET IDI.OZUNU NE HESAB EDIR.OZUNDEN BASQA HEC KIMI BEYENMIR BEDBEXT.”MENI COX ISTEYIRSENSE MESUQEM OLA BILERSEN.PAY ATTONNAN ISTAHASI PISS DEYILL.VERILISINDE INSANLARIN PROBLEMLERINI HELL ETMEYE CALISIR.GUYAA BUNU ETTIYI UCUN HER SEY BUNA QEBULDUDA.NE ELESEDE MILLET DEYECEK KI”HALALDI SENE”.EVVELKI VERILISLERINDE DE ZEHLEM GEDIRDI ONNAN,INDI GETDIKCE LAP NIFRET ELEYIREM.MENE ANS IN BU QALMAQALA ACIQLAMASI DA MARAQLI GELDI.”TURAN BU SOZU BASQA CUR IZAH EDIB BIZE” DEYIR MIRSAHIN.BEYEM TURAN NE DESE O DUZDU? BES SIZIN AGLIVIZ HARDADII .BESDIRIN QUDURTDUNUZ ONU.PROBLEM HELL ELEYIRSINIZSE ADAM KIMI EDIN.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər