Təhsildə inkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olmuş “Dəyərlər yaradan müasir məktəblər” layihəsininin təlimləri uğurla davam edir. Layihə bütün Sumqsyıt məktəblərinin psixoloqlarını əhatə edir.
Təlimi Peşəkar İnkişaf və Keyfiyyət Mərkəzinin və Sumqayıt şəhər Təfəkkür liseyinin psixoloqu Lacın Məmmədova aparır.
Peşəkar məktəb psixoloqu” təlim.modulunun məqsədi məktəb psixoloqlarının yeniyetmələrlə düzgün iş aparmaq sahəsində peşəkarlığının artırılması, bu sahədə psixoloji xidmətin təkmilləşdirilməsinə və bu yolla cəmiyyətimiz üçün sağlam düşüncəli gənclər yetişdirilməsinə dəstək verməkdir.
Layihənin məqsədinə nail olmaq üçün aşağıdakı vəzifələr həyata keçirilir:
· Psixoloqların yeniyetmələrlə iş sahəsində bilik və bacarıqlarının yoxlanılması.
· Psixoloqların bilik və bacarıqlarına uyğun olaraq təlimlər təşkil olunması.
· Təlimlərin həm nəzəri, həm praktik iş olaraq qurulması.
· Layihənin sonunda yenidən qiymətləndirmə apararaq təlimlərin effektivliyinin yoxlanılması.
· Təlimlərdən uğurla keçən psixoloqların təltif olunması.
Təlim zamanı psixoloqlara Müasir məktəbdə effektiv müəllim-şagird münasibətləri haqqında təlim mövzusu “Demokratik Gənclər”İctimai Birliyi tərəfindən monitorinq edildi. Layihə olduqca yüksək şəkildə həyata keçirilir.
“Dəyərlər yaradan müasir məktəblər” layihəsininin təlimləri davam edir
•
507